Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 08:58:00
Məzunlara attestatlar təqdim olunub:  fərqlənmə ilə bitirənlər var...  

 

 

 2022-2023-cü tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərini bitirmiş məzunlara bitirdikləri təhsil səviyyəsinə uyğun olaraq ümumi və tam orta təhsil haqqında attestatlar təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" Qaydalarına əsasən ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 10498 nəfər, XI siniflərini isə 7134 nəfər bitirib.

 

Astara rayonu üzrə IX siniflərini 1449, XI siniflərini isə 872 nəfər, Cəlilabad rayonu üzrə IX siniflərini 2686 , XI siniflərini isə 1742, Lənkəran rayonu üzrə IX siniflərini 2751, XI siniflərini 1935, Lerik rayonu üzrə IX siniflərini 500, XI siniflərini 378, Masallı rayonu üzrə IX siniflərini 2549, XI siniflərini 1712, Yardımlı rayonu üzrə IX siniflərini 563, XI siniflərini isə 495 nəfər bitiriblər.

 

Onlardan 77 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 89 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.