Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-22 16:42:28
Mil-Muğan RTİ : III qrupda ən çox bal toplayanlar...

Məlum olduğu kimi, 21 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə hər iki mərhələsinin cəminə görə ən yüksək nəticə Saatlı rayon Varxankənd kənd tam orta məktəbinin məzunu Hüseynova Zəhra Mahir qızına məxsusdur.

 

Zəhra imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, o III ixtisas qrupu üzrə 675.2 bal toplayaraq ən yüksək nəticə göstərib.

Məzunumuzu təbrik edirik və uğurlar arzulayırıq!