Azedu.az

Təhsil tələbə krediti müraciətlərinə başlanılır

Maraqlı

Tələbələr

18 İyul 2023, 17:56
Təhsil tələbə krediti müraciətlərinə başlanılır

İyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

 

Bu barədə AzEdu.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. İkinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.

 

Magistratura səviyyəsi üzrə isə yeni qəbul olmuş tələbələr üçün qeydiyyat yaxın günlərdə başlayacaq və həmin tələbələrin təhsil tələbə krediti üçün müraciət etmə imkanı olacaq.

 

Bakalavr və subbakalavr təhsil səviyyəsi üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq təhsil tələbə krediti müraciətlərini göndərə biləcəklər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox