Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 13:29:34
BAM - ın qurulmasında Heydər Əliyev dühası: fenomenal fəaliyyət və dəyanətin təntənəsi...  

 

 Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi.

 

 

Tanrının qüdrətindən pay olan Heydər Əliyevin göstərdiyi xidmətlərdən yaşadığı ömür qədər danışılsa belə, yetərli olmaz. H.Əliyev bütün fəaliyyəti dönəmində olmazları var edib, bacarılmayanları bacarıb. Ulu öndəri gənc yaşlarından diqqət mərkəzinə gətirən, milyonların sevimlisinə çevirən də məhz onun bu xarakteri, iradəsi, məsələlərə realist və praqmatik yanaşması idi. Ümumilli liderin tarixi şəraiti düzgün qiymətləndirmə bacarığı isə onun zəngin dünya görüşə və ən müxtəlif sahələrlə bağlı fundamental biliyə malik olmasının bariz nümunəsi hesab olunur. Məhz bu düşüncədən yola çıxaraq, idda edə bilərik ki, dünya siyasətçiləri, beynəlxalq ictimaiyyət və xalqımız bu dahi insanı gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə daim yüksək qiymətləndirib. Təsadüfi deyil ki, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il, 22 noyabr tarixində 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib. Noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilib. Yeni vəzifəsinin icrasına başlayan Heydər Əliyev Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirir, bu sahəni ölkənin “arteriya damarı” adlandırırdı. Həmin dövrdə Sovet İttifaqı KP MK tərəfindən ən ciddi, ağır məsələlərin həlli vəzifəsi Heydər Əliyevə həvalə olunurdu.
Bu sıradan da miqyasına və əhəmiyyətinə görə böyük bir layihə sayılan Baykal Amur Magistralına (BAM) rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılıb...

 

Aucune description disponible.

 

Haşiyə: Qeyd edim ki, BAM uzun bir tarixə malikdir. Onun əvvəli Trans-Sibir dəmiryoluna gedib çıxır. Hələ SSRİ dönəmində, onun fəaliyyətinin ilk onilliklərində Sibir və Uzaq Şərq ərazilərini mənimsəmək, onun sərvətlərinin əldə edilməsinə və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini vacib edirdi. Lakin o dövrdə bu istəyi həyata keçirmək mümkün olmadı. Sovet İttifaqı həmin planları reallaşdırmağa 70-ci illərdə özündə güc tapıb. BAM-ın tikintisinə 1974-cü ildə başlanılıb. İqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırıb. İlk illərdə bu nəhəng tikintinin ehtiyaclarını təmin etmək üçün Sovetlər İttifaqının bütün gücü səfərbər olunur. Miqyasının və əhəmiyyətinin böyüklüyünə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu.

 BAM Heydər Əliyevin ŞAH ƏSƏRİDİR

 

Heydər Əliyev BAM-ın tikintisi sürətləndirir

 

...BAM-ın tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda olub, fəhlə və mütəxəssislərlə görüşüb. Tikinti obyektlərinə baxış keçirib.

 

 

“BAM dəyanətin nümunəsi kimi tarixdə daim qalacaq”

 

 

Ümummilli Lider 1997-ci il iyulun 7-də BAM-ın 25 illiyinin keçirilməsi üzrə təşkilat komitəsinə müraciətində bunları qeyd edib:


“Xtirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar”.

 


BAM-ı XX əsrin böyük tikintilərindən biri kimi qeyd edən Heydər Əliyev diqqətə çatdırıb:

 


“Sovet İttifaqının rəhbərlərindən biri kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olmuşdur. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

 

Azərbaycan Heydər Əliyevsiz qalmışdı...

 

“Heydər Əliyev opponentlərinə əsaslandırılmış cavablar verirdi”

 

 

SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti Sədrinin müavini işləmiş Nikolay Baybakov sonralar yazırdı:

“Biz BAM-ın tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.

 

 

“Heydər Əliyev fəhlələrlə nahar edirdi”

 


Heydər Əliyevin fəaliyyəti ilə bağlı BAM ilk partiya təşkilatına rəhbərlik edən Y.Naumçikin də qeydləri var. O deyirdi:

 

“Son vaxtlar BAM-da elə bir vəziyyət yaranmışdı ki, işlər dayanmaq üzrə idi. Tikintidə təxribat baş verdiyi açıq-aydın hiss olunurdu. Sovet İttifaqı KP-dən tikintinin gedişinə nəzarət etməli olan M.Qorbaçova dəfələrlə müraciət etsəm də, vəziyyət dəyişmirdi. Sonda məni günahkar elan edəcəklərini bildiyimdən bir yol tapıb Y.V.Andropova vəziyyət haqda məlumat verdim və o, Heydər Əlirza oğlunu BAM-a göndərdi. Yolların keçilməz olduğuna, şəraitsizliyə baxmayaraq, Heydər Əlirza oğlu vilayət rəhbərliyinin də getmək istəmədikləri ucqarlara gedərək, yerlərdəki işçilərlə mövcud problemlər haqda danışıb vəziyyətlə tanış olur, məsələnin həll edilməsi üçün yerindəcə müvafiq göstərişlər verirdi. Məni bu dahi insanın işçilərlə davranışı, sadəliyi heyran etmişdi. O, qəfildən hər hansı bir sahəyə gedərək “uşaqlar, mən acmışam, nahara nəyiniz var” deyib onlarla nahar edirdi. Əlbəttə, mən başa düşürdüm ki, o, bununla işçilərin ərzaqla necə təmin olunduqlarını yoxlayırdı. Bununla yanaşı, Heydər Əlirza oğlu elə oradaca da təkəbbürlü, özlərindən razı, tənbəl, işinə can yandırmayan rəhbər işçiləri ciddi şəkildə cəzalandırmağı da unutmurdu. Heydər Əlirza oğlu özünün cəsarətli addımları ilə az bir zaman ərzində BAM-da yenidən canlanma yaratdı”.

 BAM Heydər Əliyevin ŞAH ƏSƏRİDİR

 

Heydər Əliyevin inadkarlığı və qətiyyəti öz sözünü deyib

 

 

Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında deyib ki, Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub:

“Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik. Heydər Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb. Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların nə qədər müdrik olduğunu görürük”.


Əlbəttə, təqdir olunası bu kimi fikirləri vaxtilə nəhəng layihədə çalışan digər əmək veteranlarının dilindən də eşitmək olar. Əbəs yerə söylənilməmişdi ki, Baykal-Amur Magistralı layihəsinin reallaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri Rusiya xalqları tərəfindən heç zaman unudulmayacaq. Həqiqətən də mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi idi.

 

 

“Anqoyadakı vağzala Heydər Əliyevin adının verilməsi tarixi hadisədir”

 

 Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək —  Fotolar

 

Xatırladaq ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Ümummilli Lider Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Burada Ulu Öndərin xatirə lövhəsi açılıb.
Vağzal binasının memarlığında milli üslub və ornamentlərdən istifadə edilib. Binaya ağ mərmərdən üz çəkilib. Bildirilib ki, BAM-ın Ulkan və Anqoya qəsəbələrini Azərbaycandan gəlmiş inşaatçı dəstələri tikiblər.


Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitin Anqoyanı ümid stansiyası adlandırmış və buradakı vağzala görkəmli siyasi xadim Heydər Əliyevin adının verilməsinin, Şərqi Sibirdə onun xatirəsinin əbədiləşdirilməsinin tarixi hadisə olduğunu söyləyib.

Çətinliklərlə ərsəyə gələn BAM-ın hazırkı dönəmdə də nə qədər böyük strateji əhəmiyyətə malik olması bəşəriyyətə bəllidir.

Xalqımız yaşayacaq-Heydər Əliyev yaşayacaq » Demokratik.Az

 

Azərbaycan xalqı dahi dövlət xadiminin nəhəng və fenomenal fəaliyyəti ilə bu gün fəxr etdiyi kimi, əsrlər sonra da qürur duyacaq.

 

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.