Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 10:23:00
Dərs demək üçün hər gün Sumqayıtdan Qubaya gedir - “Fədakar müəllim”lə MÜSAHİBƏ

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var.  

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimaiyyətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir.  

 

AzEdu.az-ın "Fədakar müəllim" layihəsinin növbəti qonağı Könül Şıxseyidovadır.

 

 

- Öncə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

 - Mən-Şıxseyidova Könül Qurban qızı 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. 1996-cı ildə Sumqayıt şəhərində yerləşən 35 nömrəli (Şərq liseyi) məktəbin 1-ci sinfinə daxil olmuşam. 2007-ci ildə oranı bitirmişəm. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kursuna daxil olmuşam. 2011-ci ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsilimi başa vurmuşam. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olaraq magistr təhsili almışam. 2017-ci ildə magistraturanı bitirdikdən sonra müəllimlərin işə qəbulu (MİQ)  imtahanında iştirak edərək müəllim adını qazanmışam.
2023-cü ildə sertifikasiya imtahanının test mərhələsindən 57 bal toplamışam. 

 

 - Qubada hansı məktəbdə fəaliyyət göstərirsiniz, hansı fənni neçənci siniflər üzrə tədris edirsiniz? 

 

 - Hazırda Quba rayonu Tofiq Abdullayev adına Küpçalqışlaq kənd ümumi orta məktəbində fəaliyyət göstərirəm. V, VIII, IX siniflərə dərs keçirəm. Təəssüf ki, heç 1 stavka (18 saat-red.) dərsim yoxdur. Dərs yüküm cəmi 17 saatdır.

 

Açıklama yok.

 

 - Sumqayıtda yaşayırsınız, amma işə getmək üçün çox uzaq məsafə qət edirsiniz. Çalışdığınız məktəbi niyə dəyişmək istəməmisiniz?

 

 - Mehriban kollektivimiz var, şagirdlərimi, dərs dediyim mühiti sevirəm deyə, hələ ki yerdəyişmə etmək istəmirəm.

 

 - İşə belə gedib-gəlmək sizə sərf edir? Aldığınız məvacib yollara xərclənmir ki?

 

 - Sözün düzü, qışda çətinliklərim olur, amma fikirləşəndə ki, yolunu səni sevən şagirdlərin gözləyir məvacibi və gedib-gəlməyin sərf edib-etmədiyinin əhəmiyyəti qalmır. Düşünürəm ki, hər gün şagirdlərimə qucaq dolu ümid aparmalıyam. Müəlllim qəlbi və kəlimələri yumşaq, iradəsi möhkəm, nüfuzu qüvvətli və dərin olmalıdır.

 

Açıklama yok. 

 

 - Ailənizin işinizə münasibəti necədir?

 

 - Ailəm təhsil sahəsində atdığım hər addımı dəstəkləyib. Bilirlər, Qubaya - işə sevərək gedirəm. 

 

 - Bəs nə vaxtsa müəllimlik peşəsini dəyişmək istəmisiniz? 

 

 - Heç vaxt dəyişmək istəməmişəm, çünki dünyanın xilası müəllimin fəaliyyətindən, gələcək nəslin tərbiyəsindən asılıdır.

 

- Həftədə işə neçə dəfə gedib gəlirsiniz?

 

 - Hər gün gedib-gəlirik. Qruplar açıb bir-birimizə komək edirik maşın mövzusunda. Bütün gedən maşınların nömrəsi var, əlaqə saxlayırıq. Səhər saat 5-də maşın gəlib götürür. Hər günümüz maraqlı olur, gedənlərin hər biri müəllimlərdi. Dərs öyrənərək, sual-cavab edə-edə gedirik, nə vaxt çatdığımızı bilmirik. 

 

Açıklama yok.

 

- Çalışdığınız müddət ərzində yolda heç ekstremal vəziyyətə düşmüsünüz? Buna görə dərsə gedə bilmədiyiniz olubmu?

 

- Elə hadisələr çox olub: maşınımız xarab olub, qışda səhər 6-da yolda qalmışıq. Yol buzlu olanda dəfələrlə ekstremal situasiyalara düşmüşük. Bu çətin və şərəfli yolu mənimlə birlikdə gedib-gelən, mənə dəstək olan müəllimlərə də təşəkkür edirəm. Dərsə getmədiyim gün isə olmayıb. Bəzən maşın buzda sürüşüb irəli gedəndə zarafatla deyirdik ki, maşın da istəmir biz işə gecikək. O vəziyyətlərdən belə pozitiv əhvalla çıxmaq istəmişik.

 

 - Sertifikasiya imtahanından 57 bal toplamısınız. Bu şəkildə uzaqda dərs deməklə necə hazırlaşdınız? Çətin olmadı sizə?

 

 - Yolda hər günə bir dərsi öyrənib, sual-cavab edirdik. Yolda itirdiyimiz vaxtı səmərəli dəyərləndirirdik. 

 

Açıklama yok.

 

 - Ucqar yerlərdə işləmək istəyən müəllimlərə tövsiyəniz nədir?

 

 - Bizi uşaqlar çox xoş qarşılayır, ona görə yolun yorğunluğunu, yuxusuzluğumuzu onların sevgisi unutdurur. Bunlari deməkdə məqsədim gənc müəllimləri motivasiya etməkdir. Çünki şəhərdə şagirdlər üçün hər şey əlçatandır. Ucqar rayonlardakı uşaqlar üçün şərait yaradıb təhsilə, elmə həvəsləndirmək lazımdır.