Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 10:45:57
Xaricdəki beyin bankımız” - Şəkidən Kanadaya uzanan yol... - MÜSAHİBƏ

AzEdu.az-ın "Xaricdəki beyin bankımız" adlı rubrikasının budəfəki qonağı hazırda Kanadada yaşayıb işləyən Elçin Tofiq oğlu İsgəndərovdur.

 

O, 12 avqust 1986-cı ildə Şəki rayonu Qozlubulaq kəndində dünyaya gəlib. 2003-2007-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakultəsində bakalavr təhsili alıb. 2012-2014-cü illər arasında  Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Fransanın Montpellier Universitetində nanofizika ixtisası üzrə magistratura təhsilinə yiyələnib. 2017-2023-cü illər arasında Kanadanın Milli Elmi Araşdırmalar İnstitutunda fizika üzrə fəlsəfə elmləri doktorluğu dərəcəsi əldə edib. Hazırda Kanadada bir neçə araşdırma mərkəzi ilə əməkdaşlıq üzrə müraciət mərhələsindədir.

 

AzEdu.az E.İsgəndərovla söhbəti təqdim edir:

 

- Xaricdə təhsil almağın çətinlikləri nələrdir?

 

- Doğrusu çətinliklər obyektiv və subyektiv ola bilər. Obyektiv səbəb olaraq istər dil öyrənmək, istərsə də xaricdə yaşam və təhsil xərclərini qarşılamaq üçün maddi ehtiyacların qarşılanmasını göstərmək olar. Digər tərəfdən, keçilən fənlər və təhsil sistəmləri arasındakı fərqlər də bu qəbildən olan çətinliklərə aiddir. Subyektiv səbəblər isə yeni bir mühitə uyğunlaşmaq, yeni bir dil və məktəb sistemi ilə tanış olmaqdır. 

 

- Niyə xaricdə təhsil almaq fikrinə düşdünüz?

 

- Xaricdə təhsil almaq marağı mənim üçün hələ orta məktəbdə təhsil aldığım dövrdə ortaya çıxdı. O zamanlar bu, ucqar kənd məktəbində təhsil alan bir şagird üçün mümkünsüz görünən bir arzu idi. Vurğulamaq istərdim ki, orta məktəbdə oxuduğum illərdə, kəndimizin 9 illik orta məktəbində xarici dil tədris edilmirdi. Daha sonra qonşu Cəyirli kəndinin məktəbində 10-11-ci sinifdə təhsilimi davam etdirdim. Xarici dil olaraq fransız dili ilə tanışlığım da orada başladı. Sonradan bu tanışlıq və fransız dilinə olan maraq məni universtetdə bakalavr, Fransada magistr və Kanadada doktorantura səviyyələrinə qədər apardı.

 

 Aucune description disponible.

 

- Niyə məhz Fransanı seçdiniz?

 

- Magistratura təhsili üçün Fransanı seçməmə səbəb universtetə qəbul zamanı bu ölkənin digər Avropa ölkələrdə təhsil və yaşam üçün daha ucuz olması idi.   

 

- Azərbaycan, Fransa və Kanada təhsil sistemlərinin oxşar və fərqli cəhətləri hansılardır? 

 

- Təhsil sistemləri arasındakı fərqi öz ixtisasım üzərindən müqayisə etmək istərdim. Azərbaycan və Fransa təhsil sistemləri arasındakı əsas fərqlərdən biri Fransa təhsil sisteminin şəffaf olması və tələbələrin nəzəri biliklərlə yanaşı, təcrübi  biliklərə də malik olmalarıdır. Tələbələr, təhsil aldıqları ixtisas sahəsinə uyğun istər yerli, istərsə də beynəlxalq şirkət və müəssisələrdə təcrübə proqramları vasitəsilə iştirak etmək sərbəstliyinə malikdirlər.
Fransanın qabaqcıl şirkətləri hər il universitetlərdə davamlı olaraq tələbələrə təcrübə proqramları yaradır.
Kanada təhsil sisteminin əsaslı fərqi isə tələbələrə nəzəri və təcrübi biliklərə yanaşı, liderlik və idarəetmə bacarıqlarını aşılamasıdır. İxtisas seçimindən və araşdırma layihələrinin çətinliyindən asılı olmayaraq, tələbələr digər şirkət və araşdırma qrupları ilə əmədaşlığa qədər özü qərar vermək hüququna malikdir. Nəyi necə etmənizi yox, sonda nəticə gözləyir. Bundan əlavə, Kanadada elmi araşdırmalara ayrılan dövlət dəstəyi, diqqət istər ölkəmiz, istərsə də Avropanın bir çox qabaqcıl universtetleri ilə müqaisədə daha yüksəkdir. 

 

- Niyə Avropa və eləcə də dünyanın qabaqcıl  universitetlərinin giriş qapısı geniş açılır, amma çıxış qapısı dardır? 

 

- Mən bu sualı bir qədər genişləndirib, yalnız Avropa universitetləri deyil, Qərbin qabaqcıl universitetlərinə qəbulun asan, ancaq həmin universitetlərdən məzun olmanın daha çətin olmasına toxunmaq istərdim. Qərb universitetlərinə qəbul prossesi təhsil almaq istədiyimiz ixtisas üzrə öncəki təhsil pilləsində əldə etdiyimiz ixtisas və nəticələr əsasında həyata keçirilir. Diplomumuzu təqdim edən zaman təhsil müəssisəsində bizə etimad göstərilə bilər. Ancaq təhsil aldığımız yeni təhsil pilləsinin hər mərhələsində praktik və nəzəri biliklərimiz yoxlanılır və şəffaf şəkildə dəyərlədirilir. Bu tələbələrin yalnız biliklərinə deyil, həmçinin onların dərslərə məsuliyyətindən və fəallıqlarından irəli gəlir. Biz azərbaycanlı tələbələr üçün isə təhsilin çətinliyinin daha ağır olması, ixtisas aldığımız ixtisas üzrə əcnəbi bir dildə, yeni bir təhsil mühitində, yerli tələbələrlə rəqabətli şəkildə təhsil yükünün üzərimizdə olmasıdır. Düşünürəm ki, tək azərbaycanlı yox, hər hansı bir əcnəbi tələbənin Avropa universitetində müvəffəqiyyətlə təhsilini başa vurması üçün daha məsuliyyətli olması və daha çox çalışması qaçılmazdır. 

 

- Azərbaycan təhsilinin Fransa təhsil sistemi ilə ayaqlaşması üçün nələr edilməlidir? 

  

- Fransa universitetləri hər zaman istər nəzəri biliklərin tədrisi, istərsə də təcrübi araşdırmalar baxımdan dünyanın qabaqcıl universitetləri ilə müqayisəli şəkildə inkişaf etdirilir. Buna misal olaraq, 2013-2015 ci illərdə dünyanın “Top 100”lük sırasında olan bir çox Fransa universitetlərinin 2022-2023 cü illər ərzində “Top 10”luqlar sırasına qədər yüksəlməsinə gətirib çıxarılmasıdır. Azərbaycan və Fransa təhsil sistemləri arasındakı önəmli fərq isə fransız təhsil sistemində təcrübi biliklərə nəzəri biliklər qədər daha çox önəm verilməsidir. Bununla yanaşı, dəqiq və təbiət elmləri üzrə universitetlərin sırf elmi araşdırma və ya müəssisələrlə ələqali işləməsi, sırf yerli və əcnəbi mütəxəsislərin bilik və bacarıqlarının təhsil sistemində tətbiqidir. Bununla yanaşı, fransız universitetləri təcrübi proqramlar üzrə digər dünyanın qabaqcıl universtetləri ilə əməkdaşlığa daha çox açıqdır. 

 

- Avropa əmək bazarında hansı ixtisalara üstünlük verilir 

 

- Bu sualı daha çox inkişaf etmiş Qərbi Avropa ölkələri misalında cavablandırmaq gərəkirsə, bu ölkələri istər individual, istərsə Avropa Birliyi ölkələri çərçivəsində qiymətləndirərkən, müşahidə edirik ki, bütün sahələr üzrə ixtisasların inkişafina üstünlük verilir. İctimai xitdmət sektorlarından tutmuş, elm səhiyyə, istehsal və texnologiya sahələrini misal göstərmək olar. Fransanın timsalında isə buraya daha çox son illər informasiya texnologiyası, süni intellekt,  robototexnika, aeronotika, gəmiçilik və digər istehsal sahələrini misal göstərmək olar. 

 

- Aropaya təhsil almağa gedənlərin əksəriyyəti ölkəyə qayıtmaq istəmir. Səbəblər hansılardır? 

 

- Azərbaycanlı tələbələrin Avropanın qabaqcıl universitetlərində təhsil aldıqdan sonra geri qayıtmamaq istəmələrinin bir çox səbəbləri vardır. Bunlardan başlıcası, təhsilini müvvəfəqiyətlə başa vuran tələbələrin, rəqabətli və asan olmasa belə ixtisasları üzrə iş tapmağa cəhd etmələridir. Digər amil isə Avropa ölkələrində əmək haqlarının daha yüksək olmasıdır. Düşünürəm ki, ölkədə daha rəqabətli əmək mühitinin formlaşdırılması, xaricdə təhsil almış mütəxəssislərin bilik və bacarıqları üzrə müvafiq işlərlərə təmin edilməsi, Avropada təhsil almış gəncələrin geri qayıtmasına stimul yarada bilər. Bundan əlavə, gənclərin öyrəndiyi və əldə etdiyi təcrübələrin tətbiq edə bilmə sərbəstliyinin verilməsi də bu məsəsləyə öz təsirini göstərə bilər.

 

- Azərbaycandan xaricdə beyin axını var və bu tendensiya getdikcə güclənir, nəticə necə olacaq? 

 

- Nəticə yaxşı olmayacaq. Bu başlıca olaraq ölkədə kütləvi savadsızlığa gətirib çıxarmaqdadır. Savadsızlığın yüksəlməsi isə nəticədə ölkədə rəqabətli mühitin tamamilə məhv olmasına gətirib çıxaracaq. 

 

- Prosesin qarşısını almaq, daha doğrusu gedənlərin ölkəyə qayıtması üçün nələr edilməlidir? 

 

- Prosesin qarşısını almaq üçün dövlət proqramlarının yaradılması və xaricdə təhsil almış, iş təcrübəsi etmiş elm adamlarının və gənclərin həvəsləndirilməsi müvafiq işlə təmin edilməsi üçün dövlət dəstəyinin olması vacibdir. 

 

- Yanılmıramsa, xaricdə fizika sahəsi üzrə çalışırsınız. Bir azərbaycanlının əcnəbi ölkədə belə uğura imza atması asan məsələ deyil. Bunun çətinlikləri hansılardır? Nə kimi çətinliklərlə üzləşmisiniz?

 

 Aucune description disponible.

- Bu sualı cavablandırmaq üçün mən Kanadada doktorantura təhsilimi xüsusi qeyd etmək istərdi. Araşdırma olaraq çalışdığım sahə yüksək tezlikli “Terahertz” dalğalarını yaradacaq cihazların hazırlanması və onların ultratezlikli lazerlər vasitəsilə tətbiqinə əsaslanır. Elmi işim tamamlanmasına baxmayaraq, araşdırmamı dünyada kifayət qədər nüfuzlu alimlərdən biri olan əslən yapon olan kanadalı professor Tsuneyuki Ozakinin rəhbərliyi altında davam etdirirəm. Qısaca onu vurğulamaq istərdim ki, hazırladığımız cihazların tətbiqi gələcək nəsil fiber ötürücü kommunikasiya sistemlərindən, süper kompüterlərin istehsalı daxil olmaqla xərçəng hüceyrələrinin tədqiqinə qədər genişdir.

Fizika ixtisası üzrə çətinlikləri sualına gəldikdə isə təhsilin ilk mərhəlsində dil baryerinin olmasını vurğulamaq istərdim. Danışıq dilini nə qədər mükəmməl bilsək belə, elmi terminoloji lüğətin formalaşması üçün kifayət qədər zaman lazımdır. Digər tərəfdən isə Azərbaycanda fizika elminin tədrisi metodikası bir qədər fərqli və daha çox nəzəriyyə üzərində, Kanadada isə daha çox təcrübə və tədqiqat yönümlü olması ilə bağlıdır. 

 Aucune description disponible.

- Azərbaycan elmini dünya elm arenasına çıxarmaq üçün nələr edilməlidir? 

 

- Bunun üçün öncə dünyanın qabaqcıl elm mərkəzləri ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq proqramlarına təşəbbüs göstərilməlidir. Dövlət universitetlərində dəqiq və hümanitar elmləri beynəlxaq dillərdə tədris edəcək fakültələr yaradılmalıdır. Qabaqcıl universitetlərin professorları tədris və mühazirələr üçün dəvət edilməlidir. Bundan başqa, müasir elmin sahələri üzrə araşdırma aparmaq qabiliyyətinə malik laboratoriya və araşdırma mərkəzləri yaradılmalıdır. Beynəlxalq elmi konfrans və jurnallarda tələbələrin araşdırmları təqdim edilməldiir. Onların bu sayaq tədbirlərdə iştirakına dövlət dəstəyi olmalıdır.