Azedu.az

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb  

Məktəblər

3 Oktyabr 2018, 16:02
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb  

Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki,  2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.

Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.

Ümumi orta təhsil müəssisələrində direktorların 23,8 faizi qadın, 76,2 faizi kişi, tam orta təhsil müəssisələrində direktorların 35,2 faizi qadın, 64,8 faizi kişidir.

Orta məktəblərdə direktor müavinlərinin 38,4 faizi, tam orta təhsil müəssisələrində 55 faizi qadındır.

Direktor müavinlərinin 61,6 faizi, tam orta təhsil müəssisələrində direktor müavinlərinin 45 faizi kişilərdir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox