Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-27 09:35:10
Sertifikasiyanın müsahibə mərhələsindən də kəsilənlər olur? - Ötənilki HADİSƏ

Müəllimlərin builki sertifikatlaşdırılmasının test imtahanı mərhələsindən keçən təhsilverənlər indi də müsahibə mərhələsinə hazırlaşırlar.


Sertifikatlaşdırmanın ikinci – müsahibə mərhələsi isə avqustun axırı - sentyabrın əvvəlini əhatə edəcək. Proses onlayn qaydada – kompüterlə aparılacaq. Kompüterin qarşısında əyləşəcək hər bir müəllimə 20 dəqiqə vaxt ayrılacaq. O, müsahibə komissiyasının suallarını cavablandırmalıdır.
Müsahibə mərhələsində minimum 20 bal toplamaq lazımdır ki, prosesi başa vurmuş sayılasan. Maksimum nəticə isə 40 balla qiymətləndirilir.


Bəs bu mərhələdə də kəsilən olurmu?


AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, ötənilki sertifikasiyada müsahibə mərhələsindən keçə bilməyən müəllimlər olub.


Belə ki, ötən il müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak edib və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçib.


Bu isə o deməkdir ki, ötən il ikinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməyib.