Azedu.az

Magistraturanın SABAH qruplarına ixtisaslaşma seçimi aparılacaq

Maraqlı

Magistratura

Dövlət İmtahan Mərkəzi

21 İyun 2023, 11:00
Magistraturanın SABAH qruplarına ixtisaslaşma seçimi aparılacaq

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6 ‑ 13 iyul 2023-cü il tarixlərində aparılacaq. İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.

 

Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcəkdir.

 

Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox