Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 09:29:00
“Qızıl” abituriyent: ”Türkiyədə tibb sahəsini seçəcəyəm”

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

AzEdu.az xəbər verir ki, IV ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticəni göstərən abituriyent Nurlan Məmmədovdur.

 

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu 397 bal toplayıb.

 

AzEdu.az Nurlanın imtahan təəssüratlarını təqdim edir.

 

- Nurlan, IV qrup üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hisləri keçirirsən?

 

 - Yüksək nəticə əldə etdiyimə görə sevincliyəm. Bu nəticəni gözləyirdik. Müəllimlərlə birlikdə hesablamışdıq. Yüksək nəticə əldə edəcəyimi təxmin edirdik. Bu nəticəyə görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm. Mənim müəllimlərimdən biri də anam olub. Anam biologiya müəllimdir, məni imtahana anam hazırlaşdırıb.

 

- Təhsilinə hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?

 

-  Ya Azərbaycan Tibb Universitetini seçəcəyəm, ya da Türkiyədə tibb sahəsində qabaqcıl universitetlərdən birində təhsil alacağam. Yüksək nəticə əldə etmək asan deyil. Bu işdə əziyyətimizi çəkən hər kəsə təşəkkür edirəm.

 

Nurlan Məmmədov 2021-ci ildə biologiya üzrə bürünc, 2022-ci ildə qızıl və 2023-cü ildə yenidən qızıl medal qazanıb, bu il biologiya üzrə beynəlxalq olimpiadaya vəsiqə qazanıb.

 

 

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Nurlan Məmmədov göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Məryəm Mahmudzadə göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.