Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 16:22:33
"Rektorlar klubu" dəstəkləndi! - Müzakirə: yüzlərlə sualın cavabı...

AzEdu.az təhsil portalı xarici təcrübəyə istinad edib, belə bir təklif irəli sürürür ki, Azərbaycanda elm və təhsil sahəsindəki problemlərin aradan qaldırılması və ya ölkənin elm, təhsil sahəsinin dünya təhsil sistemi ilə ayaqlaşa bilməsi, çağdaş təhsil sisteminə inteqrasiyası üçün "Rektorlar klubu" yaradılsın.   

 

AzEdu.az-a açıqlama verən Millət vəkili Etibar Əliyev təklifi nəzərdən keçirərək “Rektorlar klubu”nun yaradılmasının olduqca yaxşı təşəbbüs olduğunu və bu təklifi dəstəklədiyini bildirib.  

 

“Rektorlar klubu"nun yaradılması çox yaxşı təşəbbüsdür. Təhsil sahəsində mütəmadi keçiriləcək dialoqlara, elmi disputlara böyük ehtiyac var. Çünki etiraf edək ki, dünya üzrə ali təhsil sahəsində dayanıqlı yerimiz, davamlı mövqeyimiz yoxdur. Mütləq şəkildə ali təhsillə bağlı fikir mübadiləsi, dünyada ali təhsil sahəsindəki innovasiyalar müzakirə olunmalıdır”.  

Müsahibimiz yaradılacaq klubda müzakirə olunmalı mövzulara da bir neçə nümunə gətirərək ali təhsil sitemindəki problemləri önə çəkmişdir. Millət vəkilinin sözlərinə əsasən qeyd edilən problemləri nəzərə alsaq “Rektorlar klubu”nun yaradılması bu baxımdan olduqca faydalı olar.  

“Məsələn, 2005-ci ildə Boloniya sisteminə qoşulmuşuq, onun hazırki vəziyyəti nə yerdədir? Nə üçün Boloniya sisteminin bir sıra şərtləri dolğun şəkildə həyata keçirilə bilmədi? XXI əsrin universiteti hansı tələblərə cavab verməlidi? Cənab Prezidentin bir neçə tədqiqat universitetinin yaradılması ilə bağlı sərəncamı da var. Nə üçün biz tədqiqat universitetləri yarada bilmirik. Professor müəllim heyəti XXI əsrin təhsilinin qarşısında duran tələblərə cavab verə bilirmi? Universitet kitabxanaları XXI əsrin universitet kitabxanası tələblərini qarşılaya bilir?  

Yüzlərlə belə sual, mövzu var. Bunlar ali təhsil sahəsi üzrə müzakirə olunmalı vacib suallardır. Qeyd olunan suallara cavab tapmaq lazımdır.  Düşünürəm ki, bu baxımdan klubun yaradılması ali təhsilin inkişafına təkan verə bilər. Hər halda yaxşı ideyadır və mən bunu dəstəkləyirəm”.