Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 16:02:00
Qəbul imtahanları ləğv oluna bilərmi? - Professor: “30 il döyüşdüm...”

Azərbaycanın təhsil ictimaiyyəti, abituriyent və valideynlərin gözü yolda, qulağı səsdədir. Valideyn və abituriyentlər qəbul imtahanlarının nəticələrini gözləyirlər.


Həyəcan, emosiya, təlaş kəlləçarxa çıxıb. Hələ imtahan ərəfəsində ovqatı təlx olan kim, nəticələrin zəif olduğunu sezib, intihara cəhd edən kim... Məhz bu məsələlər kürəsəlləşən dünyanın bir hissəsi olan Azərbaycanda universitetlərə qəbul qaydalarının dəyişdirilməsi və ya ali təhsil ocaqlarına imtahansız qəbul məsələsini yenidən gündəmə gətirib. Axı Azərbaycan təhsil sistemi də çağdaş dünya təhsili ilə ayaqlaşmalıdır. Dünya təhsil sistemində isə ali məktəblər abituriyentləri imtahansız qəbul edirlər. Çünki orta məktəb və liseylərdə verilən təhsilin keyfiyyətindən əmindirlər.

Azərbaycanda da imtahanların ləğvi zaman-zaman gündəmə gətirilir, amma buna bir əncam çəkilmir.

Şahlar Əsgərov: “Onları “91-lər”in ahı tutdu!”


Təhsil eksperti, professor Şahlar Əsgərov da Azedu.az-a
açıqlamasında qeyd edib ki, Avropa və dünya ali təhsil müəssisələrində giriş qapıları geniş, çıxış qapıları isə dar olur:


"Yəni universitetə yazılan hər şəxs tələbə adını qazana bilmir. 30 ildir ki, bu məsələ ilə bağlı mübarizə aparıram. Qəbul imtahanlarının ləğvinə çalışıram. Qəbul imtahanları olduqca ziyanlı məsələdir. Orta məktəbləri bitirən şagirdlərin 60-70 faizi normal biliyi olanlardır, 10 faizi oxumayanlar, 10 faizi isə Azərbaycanda təhsil almaq istəməyənlərdir, qalan faizi isə dahi uşaqlardır. Onlar Amerika, Almaniya, Fransa və Yaponiya kimi ölkələrdə təhsil almaq gücündədirlər. Amma biz o uşaqları imtahana çəkərək, bəzən onların elmə, təhsilə olan marağını öldürürük. Bu formada davam edərsə, ali məktəbə qəbul olunmaq istəyənlərin sayı azalacaq. Ölkənin birinci problemi Qarabağla bağlıdırsa, ikinci ciddi məsələ budur. 30 il döyüşdüm, mübarizə apardım, amma imtahanların ləğvinə nail ola bilmədim. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təhsil sisteminə nəzər yetirsək, görərik ki, şagirdləri bizim qədər imtahan çəkən ölkə yoxdur".