Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 15:13:28
Universitetlərdə qayib yazmaq ləğv olunur? - Ekspertdən vacib AÇIQLAMA

Elçin Əfəndi: "Düşünürəm ki, qayiblə bağlı problemi də hansısa tənzimləyici funksiya ilə aradan qaldırmaq olar"


"Bolonya sistemində qayib məsələsi olmamalıdır". Bu barədə AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi ali məkətəblərdə qayib üzündən tələbələrin imtahana buraxılmamasından danışarkən deyib.

Ekspert qeyd edib ki, sözügedən sistemin şərtlərinə müvafiq olaraq hətta tələbələr özləri dərsin vaxtını müəyyən etməlidirlər:

"Bu sistem 2004-2005-ci ildən etibarən ölkəmizdə tətbiq olunub. Buna rəğmən bəzi universitetlər hələ də köhnə ənənələrlə idarə olunur. Yəni sistem işləmir. Bolonya sistemi tam tətbiq olunarsa, universitetlərdə dövlət imtahanı keçirilməməlidir. Ötən ay bununla bağlı Nazirlər Kabineti qərar verdi. Bolonya sisteminə keçid edən universitetlərdə dövlət imtahanı ləğv olunacaq. Düşünürəm ki, qayiblərlə bağlı problemi də hansısa tənzimləyici funksiya ilə aradan qaldırmaq olar".

Ekspert onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti qayibin fəlsəfəsini düzgün əxz etmir:

"Qayib yazılmasa, imtahana keçid üçün bal tutulmasa, dərsə davamiyyət aşağı düşəcək. Bu amil də təhsilin səviyyəsinə mənfi təsir göstərə bilər. Əksər tələbə qayib yazılmasın deyə dərsə gəlir. Mövzunu real dəyərləndirsək, şahidi olarıq ki, tələbələrin 40-50 faizi tələbəlik illərində əmək fəaliyyətinə başlayır. Nəticə etibarilə dərsdən yayınma halları daha çox müşahidə olunur. Amma bal və qayib qorxusu tələbələri çəkindirir. Bu mənada düşünürəm ki, qayib məsələsinə cəmiyyət də hazır olmalıdır. Təbliğat aparılmaldır. Başqa cür mümkün deyil".