Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 11:38:00
Solaxaylıq problemdir, yoxsa normal hal? - Psixoloqla MÜSAHİBƏ

Yəqin ki, hər kəs həyatında bir dəfə də olsa, solaxay insanla qarşılaşıb. Bir çoxumuz xüsusilə məktəbdə belə şagirdlərlə rastlaşmışıq. Çox vaxt solaxay insanların daha ağıllı və ya fərqli qabiliyyətlərə malik olduqları deyilir. Bəs bu doğrudurmu?

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin AzEdu.az-ın suallarını cavablandırıb:

 

- Uşağın solaxay olduğunu necə anlaya bilərik?

 

- Solaxaylığın bir neçə səbəbi ola bilər. Bunlardan əsas faktor kimi genetinkanı göstərə bilərik. Ancaq yenə də konkret bir səbəb göstərmək mümkün deyil. Uşaqlarda solaxaylıq ümumiyyətlə 3 yaşına qədər hiss olunur. Yemək yeyəndə, rəsm çəkəndə, oyun oynayanda, yazı yazanda sol əldən istifadə etmək solaxaylıq xüsusiyyətlərindəndir. Ancaq bəzən bu özünü uşaqlıqda biruzə verməyə də bilir. Bəzən uşağınız solaxay olsa da, hər iki əlindən istifadə edərək sizi yanılda bilər. Belə hallarda uşağın solaxay olduğunu anlamaq xüsusi biliklər tələb edir. Bu zaman mütləq mütəxəssislə danışılmalı və xüsusi testlər vasitəsilə psixoloq tərəfindən diaqnoz qoyulmalıdır". 

 

- Solaxaylıq uşağın təhsil həyatına necə təsir edə bilər?

 

- Təhsil həyatına çox təsir etməsə də, bu, iş həyatında önəm daşıyır. Məsələn, uşaq böyüyəndə həkim ola bilər. Hər hansı cərrahi əməliyyat zamanı əllərin istifadəsində çətinliklə üzləşə bilər. Daha çox sağ əlini istifadə edən insanlar sol əl ilə iş görməkdə, eyni şəkildə, solaxaylar da sağ əli istifadə etməkdə çətinlik çəkir".

 

Açıklama yok.

 

- Sol əli çox istifadə vərdişi olan insanların daha ağıllı olduğu doğrudur?

 

- Araşdırmalar göstərir ki, sağ əli işlək istifadə edənlərdə sol beyin, sol əli daha çox istifadə edənlərdə isə sağ beyin daha çox inkişaf edib. Beynin sol yarımkürəsi dillər, riyaziyyat, məntiq, qrammatika, təhlil və yazı, sağ yarımkürə isə rəng qavrayış, musiqi, təxəyyül, xəyal etmə, planlaşdırma, ritm hissi və yaradıcılıq kimi xüsusiyyətləri özündə birləşdirir. Bəzi tədqiqatlarda solaxayların daha ağıllı olub, az yaşadıqları bildirilir".

 

- Psixoloq olaraq solaxay uşaqların valideynlərinə tövsiyələriniz nələrdir?

 

- Mən bir psixoloq olaraq sol əli istifadə vərdişinin zəka ilə bir əlaqəsi olmadığını düşünürəm. Valideynlər solaxay uşaqlara sağ əlini daha çox istifadəyə məcbur etməməlidirlər. Bu normal bir haldır. Ona görə də, uşaqlarımızın hər iki əlini eyni şəkildə istifadə etməsinə şərait yaratmalıyıq. Onlarla hər iki - sağ və sol beynin inkişaf etdirəcək oyunlar oynamalıyıq. Bu prosesin mütəxəssis dəstəyi alaraq psixoloq nəzarətində həyata keçirilməsi uşaqlar üçün daha faydalı olacaqdır.