Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 10:43:00
İmtahana neçə gün qalanda dərs oxumağı dayandırmaq lazımdır? - Psixoloq TÖVSİYƏSİ  

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdini keçirəcək.

Abituriyentlər yenə stress və həyəcan dolu günlər yaşayır. Bir çox abituriyent son ana qədər dərs oxuyur, bu yolla imtahanda daha yaxşı uğur əldə edəcəklərinə inanır. Bəs bu metod nə qədər effektivdir? Şagirdlər imtahana neçə gün qalanda beyinlərinə istirahət verməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin bildirib ki, abituriyentlər imtahana 3 gün qalanda dərs oxumağı dayandırmalı, beyinlərinə dincəlməsi üçün şərait yaratmalıdırlar:

 

“Öncə onu qeyd edim ki, imtahana hazırlaşan abituriyentlər mütləq psixoloji dəstək almalıdırlar. İmtahan iştiraçkıları özlərini nə qədər rahat hiss etsələr, gərginlikləri azalsa, bir o qədər də yaxşı nəticə əldə etmə şansları artır. Pasiyentlərimiz olan yeniyetmələrdə stress və gərginlik zamanı əl tərləmələri, kiprik yolma, saç yolma, dəri yolma hallarının baş verdiyini müşahidə edirik. Bir çoxunda ailə təzyiqi, valideynlərin yarım qalmış duyğularını övladlarında tamamlama istəkləri səbəbindən panik atak yaranmasının da şahidi oluruq.

 

İmtahana 3 gün qalmış dərs oxumaq, təkrar etmək düzgün yanaşma deyil. Beyni son ana qədər  yormaq imtahanda yaxşı nəticə əldə etməyi çətinləşdirir. Bir çox abituriyent düşünür ki, 3 gün ara versə, bildiklərini unudacaq. Bəziləri isə nə qədər oxusa da, heç nə bilmədiyini fikirləşir. Bunlar stress və gərginliyin yaratdığı yalan düşüncələrdir”.

 

Açıklama yok.

 

Psixoloq vurğulayıb ki, mütəxəssis məsləhəti almadan sakitləşdirici dərmanlar qəbul etmək qətiyyən olmaz. Bu yeniyetmələrə xeyirdən çox ziyan verə bilər:

 

“İmtahandan öncə qidalanmaya diqqət etmək lazımdır, xüsusən də susuzluq yarada biləcək qidalardan uzaq durulmalıdır. Bəzən abituriyentlər heç bir həkim məsləhəti almadan sakitləşdirici dərmanlardan istifadə edirlər. Bir çox pasiyentim imtahan zamanı sakitləşdirici dərman içdiyini və bu səbəbdən sualları cavablandırmaqda çətinlik çəkdiyini bildirmişdi. Bunu mütləq vurğulamaq istəyirəm ki, özbaşına dərman qəbul etmək qəti şəkildə yolverilməzdir. Çünki hər dərman hər şəxsə eyni təsiri göstərmir. Əgər hansısa şikayətləri varsa, nevropatoloq və ya psixoloqa danışıb mütəxəssis dəstəyi almalarını tövsiyə edirəm. Psixololji dəstək isə imtahan zamanı deyil, imtahandan ən azı 3-4 həftə öncədən alımalıdır. Özündə stress və gərginlik hiss edən, bu səbəbdən oxuduqları dərsləri anlamaqda çətinlik çəkən, sualın əvvəlini oxuyub sonuna çatanda artıq ağlama istəyi yaranan şagirdlər mütləq psixoloji dəstək almalıdır. Bu dəstək onların nəticələrində də hiss olunacaq fərqlər yaradacaq”.