Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 17:50:00
Şərq ölkələrində maraqlı təhsil resepti, qeyri-adi tədris üsulu – Məktəblərin uğur sirri

PISA-nın proqnozlarına görə, Çin, Yaponiya və Koreya kimi Asiya ölkələri təhsil keyfiyyətinə görə, ən üst sıralarda yer alırlar. Asiya ölkələrindəki tələbələr, riyaziyyat, oxu və dəqiq elmlər sahəsində dünyanın digər ölkələrindən daha yaxşı nəticə göstərirlər. Yaşlılara hörmət edən, mədəniyyətlərinə bağlı, yaxşı təchizatlı, istedadlı və uğurlu bir gənc yetişdirmək Asiya ölkələrinin əsas hədəflərindəndir.

Bəs bu ölkələr buna necə nail olurlar?

AzEdu.az  Asiya ölkələrindəki təhsil sisteminin xüsusiyyətlərini təqdim edir:

Təhsilin həyatda ən əhəmiyyətli şey olduğuna inanmırlar

Burada insanlar müəyyən yaşdan əvvəl uşaqların heç nə anlamadıqlarına inanmırlar. Uşaqlar cavab verməsə də, anadan olmamışdan əvvəl məlumatları almağa və analiz etməyə başlayırlar. Bu səbəbdən valideynlər uşaqlarının çox kiçik olduğu zamanlarda belə onlar üçün yaxşı nümunə olmağa çalışırlar.

Şəxsi təcrübəyə qiymət verirlər

Qərb təhsil sisteminin əksinə, Şərqdə valideynlər uşaqlara nələrisə qadağan etmirlər. Bir uşaq təhlükəli və ya pis bir şey etsə də böyüklər onun diqqətini başqa bir şeyə yönləndirməyə çalışırlar. Şərq sistemi qadağaların uşağın araşdırmağa qarşı olan marağını itirəcəyini güman edirlər.

Bir uşaq etdiyi pis şeylər haqqında məlumatlandırılır və bəzi şeylərdən niyə çəkinməsi lazım olduğu bildirilir. Amma heç kim ona heç nəyi qadağan edə bilməz. Buna görə, gələcəkdə həmin uşaqlar daha yaradıcı düşünmə tərzinə malik olurlar.

Öz maraqları önəmli deyil

Məsələn, Qərb ölkələrində valideynlər uşaqlarına "Özünə zərər vermə", Şərq cəmiyyətlərində isə "Başqalarına zərər vermə" deyirlər . Uşaqlara 3 yaşından əvvəl digər insanlara və heyvanlara qayğı göstərmə, həqiqəti axtarma, özlərini idarəetmə və təbiətə hörmət öyrədilir.

Uşaqlar digər insanlarla yaşayaraq onlara kömək etmək və başqalarının hüquqlarını nəzərə almaq üçün yetişdirilir. Yaponiyada insanlar bu münasibətin uyğun bir cəmiyyət və hökumətin inkişafı üçün çox vacib olduğuna inanırlar.

2-3 yaşlarında müxtəlif oyunlar oynamaq və təhsil kurslarında iştirak etmək

Uşaqlara yaxşı davranışın təməli öyrədildikdən sonra onların geniş inkişafları başlayır. Üç yaşında  uşağın gərgin bir gün keçirməsi normal qəbul edilir. Uşaqlar eyni zamanda ingilis dili, riyaziyyat, rəsm, aktyorluq və mahnı oxuma dərslərinə də gedə bilərlər.

Bu sistem sayəsində dörd yaşına qədər bütün uşaqlar ən azı bir musiqi alətində çala, riyaziyyat və qrammatikanın əsaslarını bilirlər. Beş yaşındaykən isə məktəbə getməyə hazır olurlar.

İbtidai sinif uşaqları özləri məktəbə gedirlər

Məsələn, Yaponiya və Koreyada 6 yaşlı uşaqlar tək məktəbə gedirlər. Analar uşaqlarını məktəbə aparmır. Asiya ölkələrində uşaqların erkən yaşda saymağı öyrənməsiylə, beynin inkişaf etdiyini və yaradıcı qabiliyyətlərin ortaya çıxdığını düşünürlər.

Tələbəyə gələcək peşəsini seçmək üçün vaxt verilir

12-16 yaşlı bir uşağın  yetişkin olduğunu düşünürlər. Qərarlarını verirlər və buna görə məsuliyyət daşıyırlar. Qərbin əksinə olaraq onları peşə seçmək üçün tələsdirmirlər.

Burada ailə bağları çox əhəmiyyətlidir. Bir uşaq ehtiyac duyduğu qədər ailəsi ilə birlikdə yaşayır. 14 yaşından sonra isə nə olmaq istədiyini bilir və tə