Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar 3 oktyabr 2018-ci il tarixdən fəaliyyətə başlayır.
AzEdu.az-a DİM-dən verilən məlumata əsasən, Azərbaycan Respublikası Təhsil İnstitutuna, Bakı Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və AMEA-nın institutlarına məktublar və seminarların iş qrafiki göndərilmişdir. Seminarların işində müvafiq fənlər üzrə müəllimlər, metodistlər, metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqoji yönümlü fakültələrin magistrləri iştirak edə bilərlər.
Seminarların keçiriləcəyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.
| N | Fənnin adı | Həftənin | Başlanma |
| 1 | Azərbaycan dili və ədəbiyyat | I | 13.30 |
| 2 | Azərbaycan dili | I | 15.00 |
| 3 | İngilis dili | I | 11.00 |
| 4 | Alman dili | I | 16.00 |
| 5 | Fransız dili | I | 15.30 |
| 6 | Kimya | II | 10.30 |
| 7 | Fizika | III | 10.30 |
| 8 | Русский язык и литература | III | 14.00 |
| 9 | Русский язык (Azərbaycan bölməsində xarici dil kimi) | III | 15.30 |
| 10 | Şərq dilləri (ərəb, fars) | III | 15.00 |
| 11 | Biologiya | IV | 10.00 |
| 12 | Tarix | IV | 12.30 |
| 13 | Coğrafiya | V | 10.00 |
| 14 | Riyaziyyat | V | 12.30 |