Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 17:30:00
Regionlar üzrə ən çox bal toplayanlar - Mil-Muğan bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq əksər Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Beyləqan, İmişli, Sabirabad, Saatlı rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq. 

 

Mil-Muğan Regional Tədris İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin region üzrə buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 290 bal toplayıb. 

 

 Açıklama yok.

Bu, Saatlı rayonu Varxankənd Ə.Şükürov adına tam orta məktəbin XI sinif şagirdi Hüseynova Zəhra Mahir qızıdır.


*** 

 

Mil-Muğan Regional Təhsil İdarəsini əhatə edən hər bir rayondan buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik: 

 

 Açıklama yok.

Quliyeva Aytən Sənan qızı- Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü lisey, 285 bal;

 

Açıklama yok.

Şirin Türkan Dəyanət qızı - İmişli rayonu Bəhrəmtəpə kənd R.Alışov adına tam orta məktəb, 283 bal;

 
Açıklama yok.

Hüseynova Rəhimə Rafil qızı - Sabirabad rayonu N.Nərimanov adına 2 nömrəli tam orta məktəb, 275 bal.