Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 10:43:00
Abituriyentlərin nəzərinə: blok imtahanları üçün sənəd qəbulu bu tarixdə aparılacaq

Ali məktəblərə ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilib. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurub və təsdiq ediblər.

 

Bəs ərizə qəbulunun 2-ci mərhələsi - blok imtahanlarında iştirak üçün ərizə qəbulu nə zaman aparılacaq?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, I, II, III və IV qruplar üzrə qeydiyyatın 2-ci mərhələsi 15 aprel - 5 may tarixlərində aparılacaq.