Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 10:24:00
Qız şagirdləri kişi nəzarətçilər yoxlayır? - İddialara CAVAB + FOTOFAKT

Buraxılış və qəbul imtahalarına girən şagirdlər binaya daxil olarkən ciddi üst-baş yoxlanışından keçir. Bəzi valideynlər sosial şəbəkələrdə qız şagirdlərin kişi nəzarətçilər tərəfindən yoxlanıldığını iddia edir, bunun qeyri-etik hərəkət olduğunu bildirirlər. Belə müzakirələrə qoşulanlar isə Dövlət İmtahan Mərkəzini (DİM) prosesi düzgün idarə etməməkdə qınayırlar.

Bəs əslində vəziyyət necədir, bu iddialar nə dərəcədə əsaslıdır?

AzEdu.az-ın əməkdaşları Dövlət İmtahan Mərkəzinin aprelin 2 və 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanında müşahidəçi qismində iştirak ediblər. 

 

Əməkdaşlarımız Bakı şəhərindəki 258 və 5 nömrəli tam orta məktəblərdəki imtahanlara gələn şagirdlərin binaya daxil olarkən yoxlanışdan necə keçdiklərinə əyani şahidılik ediblər.

Müşahidələrimizə əsaslanaraq bildiririk ki, deyilən iddiaların təmamilə əsassız olduğu qənaətinə gəldik.

Belə ki, imtahan binasına girişdə oğlan abituriyentləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız abituriyentləri isə xüsusi kabində qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar. 


Həmin prosesdən lentə aldığımız şəkilləri fotofakt olaraq təqdim edirik.