Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 13:05:00
Doktorantura oxumaq üçün ən sərfəli ölkələr – Az ödəniş, rahat şərtlər

Azərbaycanda  bir çox ölkələrdə olduğu ali təhsil  bakalavr, magistratura və doktorantura (PhD) olmaqla, 3 pillədən ibarətdir.

AzEdu.az bu yazıda xaricdə PhD təhsili ilə hansı sənədlərə ehtiyac olduğu, hansı ölkələrdə təhsil haqqının aşağı olması ilə bağlı məlumatları sizə çatdıracaq.

Elmi dərəcə almaq istəyənlər bir çox hallarda doktorantura təhsili almağı planlayırlar. Bununla bağlı hazırda bir çox gənclər xaricə üz tutur. Təbii ki, bunun üçün tələb olunan şərtlər müəyyən mənada dəyişə bilir. Təqaüd proqramları əsasən, öncəki təhsil pilləsindən sənəd, rəy vəmotivasiya məktubu, xarici dil sertifikatı və transkript tələb edir. Bəzən olduğunuz ölkədə  həmin pillə üzrə qəbul olmanız haqqında sənədi də xarici universitetə, təqaüd proqramına təqdim etməlisiz.

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki, digər ölkələrdə doktorantura təhsili üçün əsas məsələlərdən biri elmi rəhbərin tapılması və onunla əlaqələrin qurulmasıdır:

“Mövzunu tamamlanmasına elmi rəhbər də razılıq verib, sizə kömək edərsə, doktoranturaya başlamış sayıla bilərsiniz. İkinci, universitetə qəbul məsələsidir. Qəbul olduqdan sonra isə professor assisenti olaraq çalışmaqdır. Elmi təhqiqat aparanda əsas məsələ universitetdə sizə hansı dərslərin verilməsidir, çünki dərs keçdiyiniz zaman kreditlərdən müəyyən qədər azad olunursunuz.  Doktorantura proqramları bir çox ölkələrdə ödənişlidir. Universitetin  təqaüd fondundan və ya digər təqaüd proqramlarından istifadə edib fiziki və hüquqi şəxslərdən  qrantlar almaq olur. Universitet yaxşı mütəxəssisə dərsə uyğun məvacib verirsə,   doktorantura oxumaq  o qədər də xərc tələb etmir”.

Doktorantura pilləsi üzrə təhsil müdafiə ilə birlikdə 3-5 il və daha da artıq davam edə bilər.

“Qəbul zamanı bakalavr, magistratura diplomu, xarici pasport, akademik CV, motivasiya məktubu, referans, tədris müddətindəki ortalama balınız (GP) tələb olunur”, deyə ekspert bildirib.

Onun sözlərinə görə, doktorantura üçün ən ucuz təhsil haqqı Türkiyədədir. Bu ölkədə dövlət universitetlərində qiymətlər 500 dollardan baha olmur.  Rusiya və Ukraynada təhsil haqqı 3000 dollardan yuxarıdır. Avropa ölkələrində isə  dövlət müəssisələrində qiymət 1000 avroya qədər, özəl universitetlərdə isə 8-16 min avro arasında dəyişir. Amerikada isə qiymətlər daha bahadır. Burada təhsil haqları 50-60 min dollar üzərində olur. Bununla yanaşı universitetlərin və digər fondların təqaüd proqramları olur ki, təhsil haqqından azad ola və ya digər məsələlərdə təqaüd ala bilərsiniz.