Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-19 13:05:34
Jurnalist tələbə-dekan müavinini müdafiə etdi: “Bu vəzifəyə ilk mən təyin olunmuşdum”

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsinin III kurs tələbəsi Jalə Eyvazovanın dekan müavini təyin olunması təhsil ictimaiyyəıtində birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdəki bəzi müzakirələrdə bu təyinatı təqdir edənlərlə yanaşı, universitet rəhbərliyini qınayanlar da var.

Bir sıra sosial şəbəkə istifadəçisi ADU rektoru, akademik Kamal Abdullanın əmrinin yerinə düşmədiyini qeyd ediblər.

AzEdu.az xəbər veir ki, müzakirələrə qoşulan jurnalist Əzizə İsmayılova sözügedən təyinatı müdafiə edərək, tələbənin dekan müavini təyin olunmasına qarşı çıxanlara cavab verib:

“Respublikada tələbə vaxtı ilk mən dekan müavini təyin olunmuşam – Bakı Slavyan Universitetində.... 2004-2006-cı illərdə. Mən həmin vəzifəyə təyin olunanda magistraturanın 1-ci kursunda təhsil alırdım. O vaxt da rektorumuz Kamal Abdulla idi”.

Jurnalist bildirib ki, bu cür təyinat tələbələrə etimadın göstəricisidir və onlara stimul verir.

O, tələbə-dekan müavininin bu təyinat nəticəsində dərslərdən kənarda qalacağı barədə iddialarla da razılaşmayıb:

“Bunun dərslə bir əlaqəsi yoxdur. Əksinə, adam hamıdan 3 qat məsuliyyətli olmaq məcburiyyətində qalır. Heç bir tələbəyə də psixoloji təsiri olmur, tam əksinə, stimul olur”.