Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-18 12:06:00
Universitetdə Çin mədəniyyətinə həsr olunmuş sərgi

Azərbaycan Universitetində Çin mədəniyyətinə həsr olunmuş sərgi və tədbir keçirilib. Tədbir Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində yaradılan Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. 

AzEdu.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli çıxış ediblər. Çıxışlarda tədbir iştirakçılarına Konfutsi institutunun fəaliyyəti və filialları barədə məlumat verilib. Qeyd edilib ki, Çin mədəniyyətinin və dilinin tanıdılması istiqamətində vacib işlər görən institut Azərbaycan və Çin arasında dostluq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayır. 

 

Tədbirin açılış mərasiminin ardından başlayan sərgi hissəsində Çin çay mərasimi, Çin kağız kəsmə sənəti, Çin ilmə sənəti, kalliqrafiya sənəti və Çin mədəniyyətinə aid əşyalar nümayiş olunub. 

 

Tədbir iştirakçıları üçün Çin döyüş sənəti kunq-fudan fəndlər  göstərilib, iştirakçılar həmçinin ənənəvi Çin rəqs nümunələrini izləyiblər.