8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Bu il də müəllimlərin hansı formalarda təbrik olunması gündəmin müzakirə edilən mövzularındandır.
 
 Artıq sosial şəbəkələrdə və KİV-lərdə şikayətlər də səsləndirilir, bəzi məktəblərdə valideynlərdən pul yığıldığı iddia olunur.
Yeri gəlmişkən, elm və təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda 8 Mart Qadınlar günü ilə bağlı çağırış etmişdi. O, məktəblərdə məcburən pul yığma halları varsa, valideynləri nazirliyin “qaynar xətti”nə şikayət etməyə səsləmişdi.
 
 AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq, Bakının 132-134 nömrəli məktəblərində təhsil alan uşaqların valideynləri arasında sorğu keçirib: 
 
 Sorğu zamanı “Müəllimləri necə təbrik etmək olar?” sualına cavab istəmişik.
 Mövzu ilə bağlı hazırladığımız videonu təqdim edirik: