Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 15:06:00
Buraxılış imtahanında xarici dil seçimi necə tənzimlənəcək?-DƏQİQ İZAH

Buraxılış imtahanları ilə bağlı abituriyentləri maraqlandıran məsələlərdən biri də xarici dil seçimi ilə bağlıdır.

 

 

Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan əsas xarici dil fənnindən imtahan verirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

 

Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

 

Əlavə xarici dil fənnindən imtahan vermək istəyən abituriyentlər sənəd qəbulu zamanı öz elektron ərizəsində imtahan vermək istədiyi xarici dili seçirlər.

 

Sənəd qəbulunun vaxtı müəyyən olunan kimi məlumat veriləcək.

 

Əlavə xarici dil imtahanı 2 apreldə keçiriləcək.