Azedu.az

Akademik İsa Həbibbəyli professor Əhməd Bican Ərcilasun ilə  görüşüb

29 Yanvar 2023, 12:36
Akademik İsa Həbibbəyli professor Əhməd Bican Ərcilasun ilə  görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasun ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, Tehrandakı Azərbaycan Səfirliyinə silahlı hücumu şiddətlə qınayan professor Əhməd Bican Ərcilasun bu basqını dəhşətli terror hadisəsi adlandırıb, xalqımızla həmrəy olduğunu ifadə edib.

 

Görüşdə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.

 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Əhməd Bican Ərcilasunu anadan olmasının 80 illiyi münasibətilə təbrik edib.

Putinin yalanın üstü AÇILDI - Rusiya dünyanı özünə belə güldürdü
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox