Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-17 16:19:00
Təhsillə bağlı QHT-lər niyə kölgədə qalıb?-Ciddi səbəblər

 

“Bəzi qurumlar bir çox hallarda qrant verməkdən yayınırlar və bu çox zərərlidir. Bir çox hallarda qrantlar xidmət müqaviləsi əsasında bəzi QHT-lərə ötürülür. Agentlik olaraq biz bununla mübarizə aparırıq”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

 

Ekspert təhsil sahəsi üzrə ixtisaslaşmış QHT-lərin fəaliyyətindən danışıb:

 

“Təhsil yönümlü QHT-lərin hamısının fəaliyyəti zəif deyil. Mən uzun illər bu sahədə olduğum üçün deyə bilərəm ki, peşəkar fəaliyyəti ilə seçilən QHT-lər var. İxtisaslaşma üzrə onların yaxşı təcrübələri var. Bəzi QHT-lərin zəif olmasının səbəbi cəmiyyətdə sosial sifarişin olmamasıdır”

 

İ.Orucov QHT-lərə qrant verilməsi ilə bağlı məsələyə də fikir bildirib:

 

“Cənab prezidentin fərmanı ilə Azərbaycanda qrant verən dövlət qurumlarının sayı müəyyənləşib. Bəzi qurumlar bir çox hallarda qrant verməkdən yayınırlar və bu çox zərərlidir. Bir çox hallarda qrantlar xidmət müqaviləsi əsasında bəzi QHT-lərə ötürülür. Agentlik olaraq biz bununla mübarizə aparırıq. Qrant verən dövlət qurumları bu işləri görməyə cavahdehdirlər.

 

Onlar ixtisaslaşmış QHT-lərin fəaliyyətlərinin güclü olması ilə maraqlı olmalıdırlar. Çünki vətəndaş cəmiyyəti onların subyektləri olaraq QHT cəmiyyətdə şəffaflığın təmin olunmasında maraqlıdırlar. QHT bütövlükdə həmdə ictimai nəzarəti həyata keçirən qurumlardır

 

 Bu sahədə fəaliyyəti olmayan bir QHT-ə hansısa bir qrum qrant verir. Təbii ki, bu yolverilməzdir və bunun qarşısı alınmalıdır. İllərlə eyni sahədə çalışan, peşəkarlığı olan, böyük fəaliyyət tarixçəsi olan QHT-lər kənarda qalır.  Ona görə də bu məsələlərə dövlət mütləq müdaxilə etməlidir”

 

 Ekspert eyni zamanda QHT-lərin fəaliyyətindən təhsilin qazandığını qeyd edib:

 

“QHT-lər eyni zamanda ixtisaslaşmaya ciddi fikir verməlidir. Hər bir QHT-nin öz ixtisaslaşmış sahəsi olmalıdır. Yeni ideaların, innovativ təşəbbüslərin reallaşmasında bu QHT-lər nə qədər aktiv olarsa, bütövlükdə təhsilimiz bundan qazanacaq. Müxtəlif təhsil müəssisələrində layihələrin həyata keçirilməsi, müxtəlif tədbirlərin reallaşdırılması, müxtəlif təhsillə bağlı qanunvericiliyin təkmilləşməsi istiqamətində məhz peşəkar QHT-lərin iştirakından təhsil sektoru qazanacaq”

 

 

İ.Orucov QHT-lərin beynəlxalq donorlara çıxışında məhdudiyyət olmadığını bildirib:

 

“Bəzən cəmiyyətdə suallar səslənir ki, QHT-lərin fəaliyyətində, onların beynəlxalq donorlara çıxışında müəyyən məhdudiyyətlər var. Təhsillə bağlı fəaliyyət göstərən QHT-lərin beynəlxalq donorlarla bağlı layihələrin keçirilməsində  heç bir məhdudiyyət və qadağalar yoxdur. Bu məsələdə təhsillə məşğul olan qurumlar xüsusi diqqət göstərməlidirlər” – deyə,  İlqar Orucov qeyd edib.