Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 16:00:00
Direktor və müəllimləri çaş-baş salan məsələ- Bu sənəd niyə yoxdur? -PROBLEM

 

Təhsil qanunvericiliyi Azərbaycan Respublikasının vətəndaşlarının  Konstitusiyada təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.

 

Təhsil qanunvericiliyi zəif bilmələri müəllimlərlə iş prosesində nə kimi problemlər yaradır ?

 

Təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında Mövzu ilə bağlı maraqlı məsələlərə toxunub:

 

“Hazırda bizim təhsil qanunvericiliyimizdə ciddi boşluqlar var. 2017-ci ildən başlayaraq “Məktəbəqədər təhsil haqqında” Qanun, 2018-cu ildə “Peşə təhsili haqqında” Qanun, 2019-cu ildə isə “Ümumi təhsil haqqında” Qanun qəbul edilib. Buna baxmayaraq, bu  qanunlar “Təhsil haqqında” əsas baza qanunla uzalaşmır. Əslində isə, “Təhsil haqqında” Qanun digər hüquqi normativ sənədlər üçün baza rolunu oynayır. 2014-2015-ci illərdə bəzi hüquqi normativ sənədlər qəbul olundu. Təhsil sahəsində islahatlar bu gündə davam edir . Lakin sənədlər bir-birilə uzlaşmaması təhsil sahəsində ciddi problemlər yaradır ”

 

Elşən Qafarov  qanunvericilik məsələləri ilə yanaşı, təhsil sahəsindəki bəzi problemləri də  vurğulayıb:

 

“Hazırda ən böyük problem ümumi təhsil müəssisələrinin  fərdi nizamnaməsinin olmamasıdır. Məktəb direktoru, direktor müavinləri, müəllimlər  məktəbdəki fəaliyyətlərini tənzimləmək üçün hansı hüquqi normativ sənəddən istifadə etməli olduqlarını aydınlaşdıra bilmirlər. Mühüm problemlərdən digəri isə, müəllimlərin iş prosesi və iş vaxtı ilə bağlıdır. Əmək məcəlləsinin 182-ci maddəsinə əsasən, bir çox hallarda müəssisə daxilində intizam nizamnamələri olur ki, bunlar da iş prossesini tənzimləyir. Bu nizamnamələrin olmaması müəssisə daxilində nizam-intizam qaydalarında problem yaradır. Elm və Təhsil Nazirliyi məktəblərdəki iş fəaliyyətinin tənzimlənməsi üçün xüsusi nizamnamə qəbul etməlidir ki, müəllimlər və məktəbdə fəaliyyət göstərən digər  şəxslər öz vəzifə öhdəliklərini, nə etməli olduqlarını dəqiq bilsinlər’’.

 

Təhsil eksperti verilən təkliflərdən də  danışıb :

 

“Təhsil sahəsində hüquqi normativ sənədlərin qəbulu ilə bağlı ETN-ə təkliflərimizi bildirmişik. Düşünürəm ki, Təhsil Nazirliyi yaxın gələcəkdə Təhsil və ümumtəhsil sahəsinin idarə edilməsi  və tədris prossesinin tənzimlənməsi ilə bağlı hüquqi normativ sənədlər qəbul edəcək ki, bu da öz növbəsində təhsil prossesinin sistemli təşkilinə köməklik göstərəcək ’’ – deyə, öz açıqlamasında bildirib.

 

Mətanət Abbas