Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-13 10:11:00
Keçdiyi dərsə görə gündəm olan müəllim-“Bu, riyazi komediya idi”-FOTO

 

 

Bakı Mühəndislik Universiteti müəlliminin kəsri tələbələrə vizual olaraq izahı ictimaiyət arasında gülüşə səbəb oldu:

 

 

Bakı Mühəndislik Universitetinində müəllimin auditoriya qarşısında dərs izah etmə üsulu maraqla qarşılanıb. Belə ki, kəsirlərlə bağlı dərsi tələbələrə çatdırmaq üçün çəki fərqləri olan iki şəxs səhnəyə dəvət edilib.

 

Tələbələrdən birini digərinin boynuna çıxarmaqla izah edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və ictimaiyət arasında geniş müzakirəyə səbəb olub:

 

 

Mövzu ilə bağlı stand up-in təşkilatçısı Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov AzEdu.az-a açıqlamasında buna insanlar arasında dərs adı verilsə də, bunun dərs yox, komedia adı altında nəzərdə tutulan stand up olduğunu bildirdi:

 

“Təqdim etdiyimiz stand up-ı insanlar elə düşünür ki, bu bir dərsdir, amma bu dərs deyildi. İnsanlar ya bunu görmür, ya da görmək istəmirlər. Orada tələbənin yazı yazması üçün dərs stolu və digər dərs ləvazimatları yoxdur. “Riyazi komediya” adı altında nəzərdə tutulmuş stand up-dır.

 

Stand up çox sayda müəllim və tələbənin iştirakı ilə universitetin akt zalında təqdim olundu. Stand up-ın təqdim olunmasında iştirak edənlər Riyaziyyat ixtisasını seçmiş və o sahə üzrə təhsil alan tələbələrimizdir”.

 

B.Məmmədov Stand up-ın təşkilinin əsas məqsədi və bunun gələcəkdə tələbələr üçün xeyrindən danışdı:

 

 

“Stand up-ın təşkil edilməsində əsas məqsədimiz ondan ibarət idi ki, gələcəkdə tələbələrimiz riyaziyyat fənninin tədrisində vizuallaşdırma üsulundan istifadə etsinlər. Bu, çox önəmlidir və mövzunu daha yaddaqalıcı edir. Burada tələbələrin hər bir məsələyə əlverişli və fəlsəfi yanaşmalı olduğu çatdırılır. Surət ilə məxrəc bərabər olduqda biz buna “düzgündür” deyə bilərik,  amma “nə üçün düzgün deyil?” deyirik. Biz buna fəlsəfi bir baxış vermək istədik. Çıxış tələbələr arasında da maraqla  qarşılandı. Biz bunu onların alqışlamasında müşahidə edə bilərik.

 

Tələbələr ilə bizim münasibətimiz çox yaxşıdır və biz onlar ilə daima iqtisadiyyat arasında dialoq qurmağa çalışırıq, stand up-ın təşkilindədə əsas məqsədimiz bundan ibarət idi”-deyə, o bildirib.