Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 13:23:00
MİQ  “arzuları” puç olan müəllimin kədərli hekayəti - AzEdu.az-ın ən yaxşı “onluq”undan IX yazı

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi  Kəlbəcər Rayon 84 saylı tam orta məktəbin müəllimi Şəhanə İsgəndərovadır.

İlk uğursuzluqlar ən böyük uğurların başlanğıcıdır...

Nərmin  həyatının məqsədinə çatmaq üçün bu ayı – “Müəllimlərin işə qəbul” müsabiqəsinin keçirildiyi iyul ayını gözləyirdi. O, 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universititetinin kimya müəllimliyi ixtisasına daxil olmuşdu.”Yəqin həkim olmaq istiyirsən?”,- bu yolda ona tez -tez verilən sual idi. Bir çoxlarının həkimlik üçün seçdiyi  IV qrupu o sırf  Kimya müəllimi olmaq, gələcəyə savadlı şəxsiyyət yetişdirmək üçün seçmişdi. Universititeti  bitirdikdən sonra o, ailə həyatı qurmuşdu. Ailə, övlad qayğıları üçün üç il müddətinə işləyə bilməmişdi.O, vicdanlı bir müəllim kimi birinci öz övladlarının müəllimi olmalıydı. Bunu bacardığı təqdirdə müəllimlik yolunu sonacan davam etdirə bilərdi. Bu üç il ərzində özünəinam qazanmışdı. Səhərdən axşamacan ailə qayğıları deyərkən Nərmin ancaq gecələr oxumağa vaxt tapırdı. Bəzən,  2  övladının anlarından oğurlayırdı günahkarcasına-yeməklərini  vaxtında  hazırlamırdı, yuxularından  beş dəqiqə oğurlayırdı ki, təki  bir cümlə oxuya bilsin. Düşünəndə ki  nəticə istədiyi kimi olacaq təsəlli tapırdı. Hətta uşaqlara söz vermişdi  ki,işə qəbul olum sizə istədiyinizi alacam. Belə olmalı müəllimlik sevdası ...

Nərmin 27.07.2018-ci il tarixində Azərbaycan Texniki  Universititetinin  binasında təşkil olunan imtahana əminliklə getmişdi. Belə də oldu; 56 bal topladı. Artıq uğuruna bir addım qalmışdı, vakansiyaları  gözləyirdi. Yaşadığı yerə yaxın olması onun üçün şərt  idi, azından bu nəticəylə  Bakıya düşəcəyinə inanırdı. O, qeydiyyat zamanı  Bakıya  verilən vakansiyaları göstərmişdi. İnanırdı, inanırdı ki, gözlədiyi sevindirici xəbər şəxsi səhifəsinə  üç  gün sonra göndəriləcək.

Üç gün keçdi... “Siz elektron  ərizənizdə  seçdiyiniz  vakant  yerlərə  yerləşdirilməmisiniz” xəbəriylə açdı səhərini. Nəyə üzüləcəyini bilmirdi, seçdiyi vakansiyaları 1-2 bal əskiyiylə itirdiyinəmi özünə əsəbləşsin, yoxsa, yaza bilmədiyi  4 məntiq sualınamı heyfslənsin? Övladlarından oğurladığı  dəqiqələrəmi  özünü  günahandırsın?

Bakı, sənmi yüksəksən, sənə çata bilmədim, yoxsa 56 balmı aşağıdır?”

İndi Nərminin  qarşısında iki seçim var: Ya bir daha cəhd edəcək və Bakının dəyərini qazanacaqdı, ya da unudulmuş  sevgi  kimi müəllimlik arzusunu ömürlük qəlbinin dərinliklərinə həbs  edəcəkdi.

Nərminlər  vaz keçməməlidi, yorulmamalıdı. Çünki onsuz da, həyat mübarizədi. MİQ  imtahanının şəffaf keçməsi təqdirəlayiq  bir haldır. Bilirsənsə, yazır və yüksək balla istədiyin yerə qəbul olursan. Sadəcə, burda bir məsələni  diqqətə çatdırmaq istəyirəm. 40000 müəllim və 7000 vakansiya... Burada tərs mütənasiblik meydana çıxır,yəni ən yüksək nəticə göstərənlər vakansiyalar  üzrə  yerləşdirilir, orta nəticə göstərən və deyərdim ki, hətta  keçid balı   keçənlər  işsiz qalır. Hələ yüksək balla da kəsilənlər çox olur. İstər şəhər, istər kənd olsun, hər kəs öz yaşayış yerinə uyğun seçim etmək istəyir. Ən son vəziyyətdə  müəllimlik  arzusuyla  yerdə qalan, imtina olunan vakansiyaları seçənlər də olur.  Sağ olsun, Yerdəyişmə  İmtahanı, bir il işləyib sonra yaşadığı yerə dəyişmə edirlər. Zərbə alan kim olur?       Müəllimləri onlardan imtina etdi deyə darıxan şagirdlər. Heç  səbəbini də bilmirlər ki, onlar niyə tərk edildilər? Nəticədə nə öyrənirlər?  Hər il bir müəllimlə tanış olmağı! Niyə müəllim məcbur qalıb, təki işləyim, pul qazanım deyə hara olsa yazmalıdır? Burada biz müəllimi günahlandıra bilmərik. O, müəllimlik arzusuna çatmaq üçün universititetə qəbul olub, 4 il oxuyub, bu günsə yüksək nəticəylə onu məktəbin heç həyətinə buraxmırlar, halbuki  haqqıdır işləsin və yaşasın. Təqdirəlayiq haldır ki, 2011-ci ildən də əvvəl işləyən müəllimlərin bilik-bacarığını yoxlamaq üçün hər  ll Diaqnostik  Qiymətləndirmə imtahanı  keçirilir. Amma yaxşı  olarki, bal həddi qoyulsun və aşağı nəticə göstərənlər işdən azad olunsun. Onların yeri vakansiyaya çıxarılsın. Belə olan halda həmin müəllimlər də Nərminlər kimi yüksək nəticə göstərmək üçün özlərini təkmilləşdirəcəklər. Əks təqdirdə  40000-in üstünə  hələ neçə minlər gələcək. Beləcə  də hələ  neçə 48-lər,50-lər,55-lər işsiz qalacaq və bu, müəllimlərin nəzərində  ədalətsizlik prinsipini bayraq edəcək!

Siz isə, əziz müəllimlər, o psixologiyadan əl çəkin ki,”mən keçidi keçmişəm işləməliyəm” və yaxud da “mən neçə ilin müəllimiyəm, məni imtahan edib işdən çıxara bilməzlər”. Odur ki, “ Müəllimlərin işə qəbul” müsabiqəsində bacardığınız qədər yüksək nəticə göstərin. Unutmayın, rəqibinizlə arada olan bir bal fərqi belə sizi daha tez şagirdlərinizə qovuşduracaq.