Azedu.az

Təkmilləşdirilmiş dərsliklərdəki yeniliklər və dəyişikliklər təhlil edilib  

Dövlət İmtahan Mərkəzi

4 Oktyabr 2022, 10:29
Təkmilləşdirilmiş dərsliklərdəki yeniliklər və dəyişikliklər təhlil edilib  

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, fransız dili və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş və təkmilləşdirilmiş dərsliklərdəki (7 və 10-cu sinif) yeniliklər, dəyişikliklər təhlil edilib.

Qeyd olunub ki, 2023-cü ildə 9 illik (ümumi orta) və 11 illik (tam orta) təhsil bazasından buraxılış, həmçinin ixtisas qrupları üzrə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək şagirdlər və abituriyentlər tədris prosesində həmin dərslikləri keçməyiblər.

Növbəti iclaslarda müzakirələr davam edəcək.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox