Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 16:00:00
“MİQ-də bir qrup müəllimlər sualları o birilərinə ötürürlər” – AzEdu.az-ın ən yaxşı “onluq”undan II yazı  

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan ilk məqalənin müəllifi  Sabirabad rayon Balvar  kənd orta məktəbinin coğrafiya müəllimi  Kənan Quliyevdir: 

1991-ci ildə Respublikamız müstəqillik əldə etdikdən sonra bütünsahələrdə  inkişaf etməyə başladı. Bu inkişaf tempinin əsasında 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlhami Əli-yevin uğurlu və uzaqgörən siyasətləri durur. Davamlı inkişaf xət-tinə malik sahələrdən biri də  təhsildir. Düzü, digər sahələrə nis-bətən təhsilin inkişaf dinamikası bir qədər ləng hərəkət etsə də, artıq bu sektoru da uğurlu hesab etmək olar. Təhsilimizin əsasın-da isə ölkəmiz üçün layiqli şəxsiyyətlər yetişdirən müəllimlər durur. Müəllimliyin  necə şərəfli peşə olmasını təkcə  Ümumilli li-derimiz Heydər Əliyevin  “Mən dünyada müəllimdən  yüksək ad tanımıram” kəlamı ilə təsəvvür etmək olar. Son dövrlərdə bu şərəfli peşə sahiblərinə dövlət tərəfindən göstərilən qayğı müəllimləri sevindirməyə bilməz. Bunun bariz nümunəsi kimi təkcə müəllimlərin işə qəbulunun obyektiv, şəffaf şəkildə test imtahanı ilə aparılmasını misal göstərmək olar. Bu metod ölkəmizdə qısa bir zamanda tətbiq edilsə də, artıq sınaqdan uğurla keçib. Bildiyimiz kimi müəllimlərin işə qəbulunun birinci- test mərhələsi ayrı-ayrı fənlər üzrə, fərqli günlərdə və fərqli saatlarda yalnız Bakı şəhərində, Texniki Universitetdə həyata keçirilir. Lakin bu metodun bir sıra nöqsanlı tərəfləri var. Bu mərhələ daha  da təkmilləşməlidir. Nöqsanlı tərəflər kimi ayrı-ayrı fənlər üzrə fərqli günlərdə və fərqli saatlarda keçən imtahanlarda metodika və məntiq üzrə sualların əksəriyyəti eyni olur və suallara tanış olan bəzi müəllimlər imtahana daxil olacaq müəllimlərə sualları ötürür. Bunun da nəticəsində haklı narazılıqlar yaranır. Bundan başqa, Texniki Universitetin tələbələrindən ibarət olan nəzarətçilər işlərinə laqeyd yanaşırlar. İmtahan zamanı müəllimlərin əyləsdikləri paralel stollarin bir-birine yaxin olması imtahanın şəffaf şəkildə keçirilməsinə mane olan amillərdəndir.

  Yaxşı olardı ki, imtahanlar eyni gündə, eyni saatda keçirilsin, eyni imtahan binasinda olmasın, Bakının ayrı-ayri yerlərində və ya regional mərkəzlərdə keçirilsin.