Azedu.az

Məktəblərdə dərsliklərin paylanılmasına başlanılıb  

Məktəblər

3 Sentyabr 2018, 12:55
Məktəblərdə dərsliklərin paylanılmasına başlanılıb  
Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox