2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə qəbul olunmaq üçün 22 min 16 nəfər müraciət edib.
Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, builki müraciət sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çoxdur.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsinə avqustun 1-də start verilib, avqustun 12-dək davam edib. Qəbul 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.