Azedu.az

Müəllimlərin sertifikasiyası keçirilməyəcək? – Nazirlikdən vacib açıqlama

Məktəblər

Təhsil Nazirliyi

5 Avqust 2022, 16:11
Müəllimlərin sertifikasiyası keçirilməyəcək? – Nazirlikdən vacib açıqlama

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı yhəqiqqəti əks etdirmir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi vacib məlumat yayıb. Sosial şəbəkələrdə yayılan şayiələrə cavab olaraq rəsmi qurum duruma aydınlıq gətirib:

 

“Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb.

 

Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir.

 

Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox