I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.
AzEdu.az xəbər verir ki, abituriyentlər ixtisas seçimi etmək üçün 2022-ci ilin martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının 2-ci nömrəsindən istifadə edə bilərlər.
Həmin jurnalda 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssislərinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub.
AzEdu.az “Abituriyent” jurnalının 2-ci nömrəsinə istinadən, IV ixtisas qrupu üzrə nisbətən aşağı bal (200 - 300) toplamış abituriyentlər üçün uyğun ixtisasları təqdim edir.
Nəzərə almaq lazımdır ki, IV ixtisas qrupu üzrə minimal keçid balı 200 bal müəyyən edilib.
Bakı Dövlət Universiteti
|   Kimya və biologiya müəllimliyi (Qazax filialı)  |    Ə 200.0 (424.3)  |  
Azərbaycan Dövlət İqtisad Universiteti
|   Ekologiya  |    Q 195.3 (331.0)  |  
Naxçıvan Dövlət Universiteti
|   Biologiya müəllimliyi  |    Ə 200.0 (367.3)  |  
|   Kimya müəllimliyi  |    Ə 200.0 (419.3)  |  
|   Biologiya  |    Ə 200.0 (337.9)  |  
|   Biologiya  |    Q 200.0 ( – )  |  
|   Kimya  |    Ə 200.0 (279.5)  |  
|   Baytarlıq təbabəti  |    Ə 150.0 (155.3)  |  
Naxçıvan Müəllimlər İnstitutu
|   Biologiya müəllimliyi  |    Ə 200.0 ( – )  |  
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
|   Ekologiya  |    Ə 150.0 (152.2)  |  
|   Ekologiya  |    Q 150.0 (164.4)  |  
|   Bağçılıq və tərəvəzçilik  |    Ə 150.0 ( – )  |  
|   Bağçılıq və tərəvəzçilik  |    Q 150.0 (170.0)  |  
|   Baytarlıq təbabəti  |    Ə 150.0 (151.0)  |  
|   Baytarlıq təbabəti (tədris ingilis dilində)  |    Ə 163.7 (163.7)  |  
|   Bitki mühafizəsi  |    Ə 150.0 (164.4)  |  
|   Su bioehtiyatları və akvakultura  |    Ə 150.0 (154.0)  |  
Gəncə Dövlət Universiteti
|   Biologiya müəllimliyi  |    Ə 200.0 (362.5)  |  
|   Kimya müəllimliyi  |    Ə 200.0 (432.4)  |  
|   Kimya və biologiya müəllimliyi  |    Ə 200.0 (393.7)  |  
|   Psixologiya  |    Ə 200.0 (367.7)  |  
|   Biologiya  |    Ə 200.0 (339.4)  |  
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
|   Ekologiya  |    Ə 150.0 ( – )  |  
|   Ekologiya  |    Q 150.0 ( – )  |  
Sumqayıt Dövlət Universiteti
|   Biologiya müəllimliyi  |    Ə 200.0 ( – )  |  
|   Kimya müəllimliyi  |    Ə 200.0 (475.0)  |  
|   Kimya və biologiya müəllimliyi  |    Ə 200.0 (408.5)  |  
|   Psixologiya  |    Ə 200.0 (343.8)  |  
|   Psixologiya  |    Q 200.0 ( – )  |  
|   Biologiya  |    Ə 200.0 (331.4)  |  
Mingəçevir Dövlət Universiteti
|   Ekologiya  |    Ə 150.0 ( – )  |  
Lənkəran Dövlət Universiteti
|   Kimya və biologiya müəllimliyi  |    Ə 200.0 (388.1)  |  
|   Ekologiya  |    Ə 150.0 (265.1)  |  
|   Ekologiya  |    Q 150.0 ( – )  |  
|   Baytarlıq təbabəti  |    Ə 150.0 (153.2)  |  
Azərbaycan Kooperasiya Universiteti
|   Ekologiya  |    Ə 150.0 ( – )  |  
|   Ekologiya  |    Q 150.0 ( – )  |  
Qərbi Kaspi Universiteti
|   Psixologiya  |    Q 200.0 ( – )  |  
|   Biologiya  |    Ə 200.0 (332.3)  |  
|   Ekologiya  |    Ə 150.0 (226.8)  |  
|   Su bioehtiyatları və akvakultura  |    Ə 150.0 (157.3)  |  
Xəzər Universiteti
|   Biologiya müəllimliyi  |    Ə 200.0 (368.2)  |  
|   Kimya müəllimliyi  |    Ə 200.0 (426.0)  |  
|   Baytarlıq təbabəti  |    Ə 168.3 (168.3)  |  
Bakı Qızlar Universiteti
|   Psixologiya  |    Ə 200.0 (382.2)  |  
“Odlar Yurdu” Universiteti
|   Psixologiya  |    Ə 200.0 (352.4)  |  
|   Biologiya  |    Ə 200.0 (348.3)  |  
|   Ekologiya  |    Q 150.0 (412.2)  |  
|   Ekologiya  |    Ə 150.0 (235.9)  |  
Qeyd edək ki, cədvəldə mötərizədə qeyd edilmiş minimal keçid balları dövlət sifarişli plan yerləri üçün nəzərdə tutulub.