Azedu.az

Qəbələdə 1400 metr yüksəklikdə tikilən məktəb - FOTOLAR  

Məktəblər

30 Avqust 2018, 10:58
Qəbələdə 1400 metr yüksəklikdə tikilən məktəb - FOTOLAR  
Son illər regionlarda modul tipli məktəblərin qurulmasına başlanılıb.

AzEdu.az azvision.az-a istinadən xəbər verir ki, belə məktəbdən biri də 1400 metr hündürlükdə yerləşən Qəbələ rayonu, Laza kəndində qurulur. Artıq məktəbdə son tamamlanma işləri görülür. Yeni tədris ilindən etibarən məktəb fəaliyyətə başlayacaq, 73 şagird orada təhsil alacaq.


Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.











Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox