Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 13:03:00
“Elektron qeydiyyatda bunlara diqqət edilməlidir”- Bağçalara uşaqların qəbulu necə olmalıdır?

 

“Valideyni işləyən uşaqların bütün günlük qəbulu, işləməyən valideynlərin övladları isə icma əsaslı qruplara, alernativ məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatı daha məqbul olardı”

 

Hazırda valideynləri əsas maraqlandıran məsələlərdən biri də bağçalara uşaqların elektron qəbuludur.

 

2021-ci ilin sonlarından etibarən baçğalar Təhsil Nazirliyinə təhvil verildikdən sonra bu istiqamətdə vahid sistemin yaradılması istiqamətindən bir sıra işlər həyata keçirilir, monitorinqlər aparılır. Bağçalara uşaqların qeyydiyyatı və müəllimlərin işə qəbulu ilə bağlı isə nazirlikdən gələn həftə dəqiq məlumat veriləcəyi bildirildi.

 

Bəs elektron qeydiyyat sisteminin necə həyata keçirilməsi məqsədəuyğun olar? Uşaqların elektron qəbulunda nə kimi problemlər yarana bilər?

 

ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az-a açıqlamasında bağçalarla bağlı mövcud vəziyyəti dəyərləndirib:

 

“Düşünürəm ki, bağçalara elektron qəbul məsələsi bir az problemlidir. Çünki, ölkəmizdə sadəcə 20 % uşağı əhatə edə biləcək qədər bağça fəaliyyət göstərir. Bu da o deməkdir ki, yerdə qalan 80%  uşağın bağçaya getmək imkanı yoxdur. Doğrudur, uşaqların əksəriyyəti məktəbəhazırlıq qruplarına gedir, müəyyəm icma əsaslı qruplar fəaliyyət göstərir. Məsələn, icma əsaslı qruplar və məktəbəhazırlıq qrupları günün 2-3 saatını əhatə edir. Amma valideynlərin əsas üstünlük verdiyi yer bağçalardır. Çünki tam əhatəli və bütün gün müddətində qayğı və təhsilin birgə olduğu yer məhz bağçalardır. Amma bağçalarda yerin azlığı prosesi ləngidir”.

 

Müəllim, elektron qeydiyyat zamanı müşahidə oluna biləcək problemlərdən danışıb:

 

“Valideyn onlayn qeydiyyatdan keçərkən, yaşadığı ərazidə yerləşən müəssisəyə üstünlük verir. Amma həmin ərazidə fəaliyyət göstərən bağça uşaqların sıx olduğu bağça ola bilər. Valideyn ərazini seçir, qeydiyyatdan keçir və gözləmə müddətində keçilir. Məlumdur ki, ölkəmizdə ibtidai və ümumi orta təhsil məcburidir. Yəni uşaq mütləq məktəbə getməlidir. Nəzərə alsaq ki,bağçalarda hələ belə məcburi bir vəziyyət yoxdur. Bil bilirik ki, bağça rəhbəri uşaqların hamısını eyni zamanda qəbul edə bilməz. Çünki yer məhdudiyyəti var, qanunvericiliyə əsasən hər qrupda maksimum 20 uşaq ola bilər. 3 yaşdan aşağı və qarışıq qruplarda bu rəqəm 15-dir. Əgər bağça 3 qrupla fəaliyyət göstərirsə, körpələr qrupuna 15, digər iki qrupa isə 20 uşaq götürülərsə, 55 nəfərlik yeri var. Həmin bağça artıq 56-cı uşağı qəbul edə bilmir, sadəcə bir uşaq bağçadan çıxdıqdan sonra, başqa biri qəbul oluna bilir. Ona görə də onlayn qeydiyyat zamanı gözləmə mövqeyində qalan valideynlər çox olacaq. Əgər uşaq 2-3 ilə məktəbə başlayacaqsa, amma bu müddətdə yer boşalmayacaqsa, o uşaq yenə gözləmə mövqeyində qalacaq”.

 

Xalidə xanım, elektron qeydiyyat prosesinin yaxşılaşdıırlması üçün yerinə yetirilməli olan prinsipləri və uşaqların doğru yerləşdirilməsi üçün vacib olan nüansları nəzərə çatdırıb:

 

“Sistemin daha da yaxşılaşdırılması üçün bir sıra addımlar atılmalı, paylama prinsipləri yerinə yetirilməlidir. Belə olacağı təqdirdə, uşağın yaşadığı ərazidə yerləşən bağçada yer olmadığı halda, nisbətən daha yaxın başqa bir ərazidə yerləşən bağçada boş yer olduqda bu sistemdə görünsə və uşaq oraya ötürülərsə, daha məqsədəuyğun olar. Doğrudur, bu sistemi qurmaq üçün uzun müddət lazımdır və çətin bir məsələdir. Yəqin ki, nazirlik bu kimi prinsiplərdən istifadəni nəzərə alacaq və prosesi tənzimləyəcək. Hesab edirəm ki, burada valideyni işləyən uşaqların bütün günlük qəbulu daha düzgün olardı. İşləyən valideynlərin övladlarının bağçalara, işləməyən valideynlərin övladları isə icma əsaslı qruplara, alernativ məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatı daha məqbul olardı”.

 

“Uşağın bütün günü bağçada olması onun düzgün formalaşmasına müsbət təsir edir. Valideynlərin övladlarını bağçaya yazdırmaq istəməsi normal bir şeydir, uşaqlar bu təhsil pilləsi üzrə tədrisi davam etdirməlidirlər”-deyə, o qeyd edib.