"Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib. Bu, 95 faizinə yaxın göstərici deməkdir".
Bunu AzEdu.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.
BŞTİ-nin rəsmisi bildirib ki, Avqustun 28-i (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib. Onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.