Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 13:56:00
Müəllimlərin gizli bəlası-Dərs yükü onları necə məhv edir?

 

“Müəllimin eyni anda bir neçə fənni tədris etməsi praktiki baxımdan keyfiyyətli nəticə vermir”.

 

Ümumi orta təhsil müəssisələrində olduğu kimi universitetlərdə də müəllimlərin qarşılaşdığı əsas problemlərdən biri dərs yükü mövzusudur.

 

Universitetlərdə müəllimlərin dərs yükü probleminin mövcudluğu tədrisin keyfiyyəti və elmi tədqiqat istiqamətlərinin inkişafına da mənfi təsir göstərir.

 

UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev AzEdu.az-a açıqlamasında tədris planlarındakı yeniliklərdən danışıb:

 

“İki ildir tətbiq olunan ixtisaslar üzrə tədris planları artıq yenilənib. Bu əvvəl çox hiss olunmurdu. Çünki əsas yeniliklər ixtisas dərslərilə bağlı idi ki, onların da tədrisi II-III kursdan sonra başlayır. Bəzi fənlər ləğv edilib, yeniləri əlavə olunub, dərs yükü azalıb. Yekun olaraq, dərs yükü 8-10% həcmində azalıb. Bəzi fənlərin ləğv olunmasını dəstəkləyirəm. Çünki tədrisinə qəti ehtiyac olmayan dərslər vardı və onların ləğvi arzuolunan idi. Artırılan predmetlərin tədris planı hazırlanmalı və kiməsə həvalə olunmalıdır”.

 

Direktor dərs yükü probleminin tədrisin keyfiyyətinə təsiri və yaratdığı çətinliklərə diqqət çəkib:

 

“Məsələ burasındadır ki, universitetin dərs yükü azalır,amma müəllimlərin illik dərs yükü planında heç bir dəyişiklik müşahidə olunmur. Passiv və aktiv saatlarının cəmi, tam ştat əsasında çalışan müəllimlərin 550 saatlıq dərs yükü tamamlanmalıdır. Bu da kifayət qədər çoxdur. Problem saat məsələsində deyil, bununla yanaşı fərqli dərslərin də mövcudluğudur. Məsələn, bir dərsi dörd qrupa keçmək daha asandır, amma üç fərqli predmeti üç ayrı qrupa tədris etmək dərs saatı daha az olsa da, çətindir. Həm müəllimlər üçün əlavə yük, həm də ixtisaslaşmanın qarşısını alan bir amildir. Müəllimin eyni anda bir neçə fənni tədris etməsi praktiki baxımdan keyfiyyətli nəticə vermir”.

 

Əyani imtahanlarda tələbələr aşağı nəticə göstərə bilər- SƏBƏB - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

 

“Universitetlərin dərs yükü azalsa belə, tələbələrin təhsil haqqında yumşalma müşahidə olunmur”

 

“Başqa bir məsələ də odur ki, universitetlərin dərs yükü azalsa belə, tələbələrin təhsil haqqında yumşalma müşahidə olunmur. Faktiki olaraq ödəniş universitetin büdcəsinə gəlir, təhsil müəssisəsi isə qazanılan əlavə gəliri müəllimlər arasında bölüşdürməlidir. Müəllimlərin maaşının artırılması məsələsi də gündəmə gələ bilər, ancaq tədrisin və elmin keyfiyyətini nəzərə alaraq dərs saatlarının azaldılması daha vacibdir. Mövcud vəziyyətdə bu, artıq bir tələb və ehtiyacdır”.

 

O, dərs yükünün azaldılmasının elmi tədqiqat fəaliyyətləri üçün vacibliyini vurğulayıb:

 

“Əgər ölkəmizdə tədqiqat fəaliyyətlərinin olması arzulanırsa, mütləq şəkildə ixtisaslaşma da vacibdir. Burada iddia oluna bilər ki, müəllimlər saat hesabı fərqli yerlərdə dərs götürürlər, ancaq bu işin maddi tərəfidir, götürmək istəyən yenə də edə bilər. Əsas məsələ cari vəziyyətdə tədqiqata, elmə maraq göstərən insanların əlavə vaxtının olması və dərski kifayət qədər keyfiyyəli tədris edə bilməsi üçün dərs saatları azaldılmalıdır”.