Azedu.az

ADNSU-da “Debüt Kuboku” intellektual oyunu başa çatıb

Universitetlər

17 May 2022, 12:40
ADNSU-da “Debüt Kuboku” intellektual oyunu başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Maqnat İntellektual Oyunlar Klubunun (MİOK) birgə təşkilatçılığı ilə “Debüt Kuboku” intellektual oyununun finalı olub.

 

ADNSU-dan AzEdu.az-a bildirilib ki, “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual oyun 7 həftəlik gərgin mübarizədən sonra başa çatıb. 16 komandanın iştirakı ilə keçirilən sinxron liqada sonda “Kreativ Ad” komandası I, “Asperger” komandası II və “Golden Brains” komandası III yerə layiq görülüb. Qalib komandalar sonda ADNSU və THİK tərəfindən kubok, medal və hədiyyələrlə təltif olunublar.

 

Sonda THİK sədri Namiq Gəncəyev və Maqnat İOK sədri Kənan Bağırov qaliblərə kubok və hədiyyələr təqdim ediblər.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox