Azedu.az

Yeni tədris ilində pedaqoji mühazirələr ümumi təhsilin aktual problemlərinə həsr olunacaq  

Məktəblər

Təhsil Nazirliyi

18 Avqust 2018, 15:19
Yeni tədris ilində pedaqoji mühazirələr ümumi təhsilin aktual problemlərinə həsr olunacaq  

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmr imzalayıb.

Məqsəd növbəti dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərini davamlı surətdə yaxşılaşdırmaq, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaqdır.

AzEdu.az xəbər verir ki, əmrdə yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin, pedaqoji mühazirələrin mövzuları açıqlanıb, ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq bir sıra müddəalarla müəyyənləşdirilib.

Əmrə əsasən 2018-2019-cu dərs ilində pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunacaq.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox