Azedu.az

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Dövlət İmtahan Mərkəzi

12 Aprel 2022, 11:30
     Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

11 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki, fənlər üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6‑ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklərlə müqayisəli təhlili olub.

 

İclaslarda işçi qruplarının üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib.

 

Növbəti iclaslarda qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili davam etdiriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox