Uşaqların tərbiyəsində əsas prinsip olaraq onlarda xeyirxahlığın, düzgünlüyün, özünü idarə edən şüurun formalaşması ilə yanaşı onlarda təhsilə maraq yaratmaq də xüsusi yer tutur.
Psixoloqlar məktəblərin açılması ilə məktəbə başlayacaq uşaqların sosial və psixoloji problemlər yaşayacağını deyirlər. Məktəb dərslərinə həvəssiz yanaşan uşaqlar valideyinlər tərəfindən danlanaraq etdikləri ev tapşırıqları zamanla onlarda əsl işgəncə xüsusiyyəti yaradır. Nəticədə isə təhsil uşaqlar üçün vaciblikdən çox məcburiyyət mahiyyəti daşımağa başlayır.
Bəs uşaqların diqqətini dərslərə yönəltmək üçün nə etmək lazımdır?
Psixoloqlara görə uşaqların müvəffəqiyyəti valideynlərə bağlıdır. Ana-atalar məktəb öncəsi övladları ilə oxumağın faydaları haqqında danışa, məktəbdə öyrəndiklərini həyatda necə tətbiq etdiklərindən misal çəkərək məktəbi sevdirə bilərlər.
Valideyn nəzarəti, qaydaları öyrənməyin təməlidir. Burada meydana gələcək hər hansı problem təcavüzkar, zəif xarakterli şəxsiyyətlərin formalaşmasına səbəb ola bilər. Valideyn hər şeyi uşağın yerinə özü edərsə, onun normal inkişaf etməsinə və öyrənməsinə mane olar. Bu cür uşaqlar gözləməyi öyrənmə bilmir və təhsilə başladıqda dərsin sonuna qədər otura bilmirlər.
Məktəb çağındakı uşaqla necə məşğul olmaq lazımdır?