Azedu.az

Müəllim Qarabağda şəhid olan şagirdinə abidə qoydu – FOTO

Məktəblər

Müəllimlər və elm adamları

14 Avqust 2018, 15:45
Müəllim Qarabağda şəhid olan şagirdinə abidə qoydu – FOTO
Yardımlı rayonun Hamarkənd kən orta məktəbində uzun müddət kimya-biologiya müəllimi işləmiş, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və rəngkarlıq üzrə beynəlxalq müsabiqələr laureatı olan Zahir Məlikli nümunəvi addım atıb.

O, vaxtilə dərs dediyi şagirdinin - 1994-cü ildə Qarabağ müharibəsində şəhid olan İlqar Şəkərovun barelyefini hazırlayıb və həmin barelyefi şəhidin adını daşıyan məktəbə hədiyyə edib.

Qeyd edək ki, sovet dövründə ümumittifaq festivalı laureatı, qızıl medal mükafatçısı olan Z.Məlikli Yardımlıda ölkənin tanınmış şəxslərinin büstlərini, barelyeflərini hazırlayıb.

Onun Bakıda 3 fərdi sərgisi təşkil olunub. Çexoslovakiya, Polşa və Bolqarıstanda, Çində, Yaponiyada və digər ölkələrdə təşkil olunan sərgilərdə əsərləri nümayiş olunub, müxtəlif mükafatlara layiq görülüb.(mia.az)

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox