Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 18:07:00
Uşaq evlərindən ayrılan gənclər üçün peşə təlimi layihəsinə start verildi  

“Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15 Fevral 2022-ci il tarixindən “Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi” adlı layihəni həyata keçirir. Layihəyə əsasən Bakı şəhərində yerləşən Uşaq evləri və İnternat məktəblərindən seçilən iştirakçılar üç ay ərzində müxtəlif bilik və peşə bacarıqlarına yiyələnmək üçün təlim və təcrübə proqramlarına cəlb olunurlar. Təlimlərdə əsasən ilkin kompüter bilikləri, mikrosoft ofis proqramları, müəyyən dil bilikləri tədris olunur, iştirakçılara psixoloji və hüquqi seminarlar verilir. Bundan başqa iştirakçıların istəyinə uyğun olaraq seçdikləri peşələrlə əlaqədar təcrübə proqramları təşkil olunacaqdır. 

 

Daha sonra insan resursları ilə bağlı “CV hazırlama”, “İş görüşməsində müəyyən davranışlar – Bədən dili” və s. mövzularda təlimlər həyata keçirələcəkdir.

Təlimlərin sonunda iştirakçıların əldə etdikləri bilik və peşə bacarıqlarına əsasən işlə təmin olunmasına çalışılacaqdır. Bu istiqamətdə layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət qurumları ilə əlaqələr yaradılacaqdır.

Layihə 3 ay davam edəcəkdir.