Azedu.az

Magistratura imtahanında iştirak üçün vaksin pasportu tələb olunur?-Dəqiq CAVAB

Magistratura

14 Fevral 2022, 11:13
Magistratura imtahanında iştirak üçün vaksin pasportu tələb olunur?-Dəqiq CAVAB

 

Fevralın 20-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I cəhdi keçiriləcək.

 

Bu gündən etibarən nazmizədlər DİM-in saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (buraxılış vərəqəsi ilə birlikdə çap edilir, imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir) çap edə bilərlər.

 

Bəs imtahanda vaksin pasportu tələb olunur?

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, magistraturaya qəbul imtahanında namizədlərdən vaksin pasportu tələb olunmayacaq.

 

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox