Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 15:59:00
Danimarka təhsilinin özəllikləri - 16 MİN AVROLUQ TƏHSİL HAQQI

AzEdu.az  xarici ölkələrin  təhsil sistemləri  barədə yazıları  davam etdirir.  Bu dəfəki yazıda  Danimarka təhsilinin özəllikləri haqda maraqlı məlumatlara yer verilib.

Avropada yerləşən Danimarkanın dövlət dili danimarka dilidir. Ölkədə  yaşayan əcnəbilər  yerli əhalinin istifadə etdikləri hüquqlara və sosial təminata malikdirlər. Danimarkada oxuma-yazma səviyyəsi 99%-dir. Ölkənin təhsil sistemi dünyanın ən yaxşı təhsil sistemlərindən biridir.

Sistem məktəbəqədər, ibtidai, orta və ali təhsil pillələrindən ibarətdir.  Ölkədə   7 yaşdan 16 yaşa qədər olan uşaqlar üçün məcburi təhsil nəzərdə tutulub, amma  şagirdlərin məktəbə məcburi getməsi düzgün deyil. Məktəbəqədər təhsil uşağın yeddi yaşına qədər olan dövrü əhatə edir. Danimarkada təhsil ili avqust-sentyabr aylarında başlayıb  marta kimi davam edir.

Ölkədə 17dövlət universiteti, 17 ali məktəb kolleci və 50 institut var. Əhalinin 80%-i ingilis dilini  bilir, bir çoxu  isə fransız,alman və ya ispan dillərində danışır. Burada əhalinin çox hissəsi ingilis dilində danışdığı üçün əcnəbi tələbələr  ölkədə yaşamaqda çətinlik çəkmirlər.

Ən böyük ali təhsil müəssisəsi 1479-cu ildə yaradılan Kopenhagen şəhərində yerləşən Kopenhagen universitetidir. Yerli abituriyentlər imtahansız, orta məktəbin buraxılış imtahanlarının nəticəsini təqdim edərək bu universitetə  qəbul olunurlar. Kopenhagen Universitetində əcnəbi tələbələrin təhsil haqqı humanitar elmlər fakültəsində illik 10.000 avro, Əczaçılıq elmləri fakültəsində ildə 15.000 avro, Təbiət elmləri fakültəsində ildə 7.000 avro, Dəqiq elmlər fakültəsində isə  ildə 13.000-16.000 avro təşkil edir. Təhsil haqqı tələbənin fakültədə qeydiyyata düşməsindən 1 ay əvvəl ödənilməlidir.

Danimarkada bəzi universitet və kolleclərdə təhsil ingilis dilindədir.

Təhsil 2006-cı ildən bəri əcnəbi tələbələr üçün  pulludur. İllik təhsil haqqı 8.000-16.000 avro və yaşayış xərcləri 700-1.000 avro arasında dəyişir.

Burada tələbələrə həftədə 15saat işləmə icazəsi verilir.

Avropa Birliyinə üzv olan Danimarka “ERASMUS” ümumavropa tələbə mübadilə proqramında iştirak edir. Danimarka universitetlərində təhsil alan bütün tələbələr məhz bu proqram çərçivəsində1 və ya 2 semesterlik Avropanın digər universitetlərində təhsillərini davam etdirə bilərlər.

Danimarkada  ali təhsil müəssisələrində oxumaq istəyən  tələbələrdən  ingilis dili      (İELTS və  ya TOEFL)  sertifikatı  tələb edilir.

Buaradakı ali təhsil müəssisələrində Avropa Birliyi üzv olmayan ölkələrin vətəndaşları üçün təqaüd imkanları var. Ali təhsilin müddəti 3ildir.

Ölkədə bəzi universitetlərdə ingilis dili üçün hazırlıq proqramları mövcuddur.

Qeyd edək ki, Danimarkada təhsil almaq üçün  İELTS 6.5  və ya TOEFL 83(IBT)tələb olunur.

Günel YAŞARQIZI