https://www.zirve.edu.az/
09.03.2018 13:25
Xərclənən milyonlar, robotla “döyüşmək” üçün yetişdirilən şagirdlər – ABŞ təhsil sisteminin sirləri
Çap et

Digər ölkələrlə müqayisədə Amerika məktəbləri daha demokratik olmaları ilə fərqlənir. ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini başa vurmaq əsas tələblərdən biridir.

ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir.

ABŞ universitetlərində təhsil haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu, nüfuzu və konkret fakültə əsas götürülür. Ən aşağı qiymətlər dövlət kollecləri və universitetlərindədir. İlk ildə təhsilin məbləği orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları arasında dəyişir. Özəl ali təhsil müəssisələrində isə (məsələn, Stenford və ya Harvard universitetlərində) qiymətlər 30 min dollardan (tədris ilinə görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya avadanlıqlarından istifadəni nəzərdə tutduğu üçün humanitar elmlərə nisbətən daha çox xərc tələb edir. Amerikada ən yüksək təhsil haqqı isə tibb ixtisası üzrədir.

Ali təhsilin dövlət maliyyələşməsi dünya praktikasında təhsil (tədris) müəssisələrinin və təhsilalanların maliyyələşdirilməsi üzrə iki qrupa bölünür. Təhsil müəssisələrinin maliyyələşdirilməsinə smeta üzrə maliyyələşdirmə, subsidiyalar, dövlət sifarişləri, adambaşına normativə əsasən maliyyələşdirmə və vergi güzəştlərinin tətbiqi daxildir.

Təhsilalanların maliyyələşdirilməsinə isə təhsil vauçerləri, qrantlar, kreditlər, vergi güzəştlərinin tətbiqi, kreditlərə dövlət zəmanətinin verilməsi aid edilir.

Beynəlxalq Təhsil İnstitutunun tədqiqatlarına əsasən, ABŞ-da əcnəbi tələbələrin 68%-i təhsil haqqını öz xüsusi pullarından və ya ailəsinin köməkliyi ilə ödəyir. Tələbələrin 3/4 hissəsindən çoxu ABŞ-dan kənarda yerləşən mənbələrdən maliyyə dəstəyi alır. Bəzi tədris illərində  Amerika universitet və kollecləri bütün tələbələrin 16%-nə qrantlar təqdim etmiş, dövlət fondları tərəfindən isə əcnəbi tələbələrin yalnız 1%-nə maliyyə dəstəyi göstərilib.

Birləşmiş Ştatlar hər il  dünya ölkələrinin təhsilə nə qədər pul ayırdığı haqqında məlumatlar toplayır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) araşdırmalarına görə ABŞ vətəndaşı təhsilə digər ölkələrdən daha çox pul xərcləyir. 2010-ci ilin statistikasına əsasən ABŞ-da ibtidai və ümumi orta təhsilə hər tələbəyə görə 12 min dollar xərclənib. Bu da  İƏİT-in orta göstəricisindən (8,500 dollar ) 40% çoxdur. Kolleclər, texniki məktəb və universitetlər 25.000 dollar xərcləyir ki, bu isə orta göstəricidən  təxminən iki dəfə çoxdur. Ümumilikdə ABŞ-da orta hesabla hər tələbəyə 15,171 dollar xərclənir, bu  İsveçrədə daha az  14,922 dollardır. Bu,  İƏİT-ə  daxil olan bütün ölkələr üzrə orta göstəricidən  isə 30% çoxdur.

Bir sıra ölkələrdə və ABŞ-da ibtidai və orta təhsil üçün xərclər tükənib. Bu ölkələr sırasına İsveçrə, Lüksemburq və Norveç daxildir. Həmin ölkələr  2010-ci ildə əyani tələbələrə 19,500 dollar xərcləyiblər. İsveçrə ali təhsil xərclərində ABŞ-a daha  yaxındır və il ərzində tələbənin ümumi xərcləri üçün 22.000 dollar xərcləyir. Üçüncü yeri 19,500 dollarla  İsveç, dörd və beşinci yerləri isə 18.900, 18.500 dollarla Danimarka və  Norveç tutur.

Həm ABŞ, həm də dünya miqyasında  təhsilə qoyulan pulların böyük hissəsi ictimai mənbələrdən gəlir. Lakin  2010-ci ildə ABŞ təhsilə əksər ölkələrdən daha az vergi  yatırıb. Orada təhsilə hər dollara görə 70 sent ödənilir, əvvəlki onilliklərdə isə bu 2 sentdən daha aşağı idi.  İƏİT-nin orta hesablamasına görə hər tələbə hesabına görə  84 sent ödəməlidir.

ABŞ-da vergi ödəyiciləri orta təhsilə hər dollara görə 36 sent ödəyirlər. Bu da İƏİT ölkələrinin payına düşən vergilərdən təxminən 50% azdır. Nəticədə, ABŞ-da tələbələr daha çox özəl qrantlara, kollec qiymətlərinə yardım, digərləri isə valideynlərin köməkliyi ilə təhsil almağa və özəl təhsil kreditlərinə müraciət edirlər.