Azedu.az

Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

24 Yanvar 2022, 17:20
Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

 

Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı olacaq.

 

Bundan başqa müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox